Icma.az
close
up
RU
Bakıda keçiriləcək Nine Senses Fest 2025 festivalının proqramı təqdim olundu

Bakıda keçiriləcək Nine Senses Fest 2025 festivalının proqramı təqdim olundu

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçiriləcək "Nine Senses Fest 2025" festivalının proqramı təqdim olunub.

Oxu.Az xəbər verir ki, bu gün festivalla bağlı "JW Marriott Absheron" hotelində baş tutan mətbuat konfransında "Nine Senses Fest 2025" - İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olunub. Festival "Azerbaijan New Skill Academy" (ANSA) kimi tərəfdaşlarla birlikdə təşkil olunub.

Bildirilib ki, festival Bakıda 2-4 may 2025-ci il tarixlərində, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses Art Center"in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir. Builki festival "Ənənədən Gerçəyə" devizi ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.

Festivalın baş sponsoru artıq ikinci ildir ki, "Azərsun Holdinq"dir.

Üç gün davam edəcək festivalda iştirakçıları yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.

Festivalın dəvət olunmuş əsas iştirakçılar bunlardır:

Perukua - Ana Torpağın səsi, müqəddəs səsləri və qadın enerjisini birləşdirən sənətçi;

Lev İvanov - şəfaçı, döyüş sənətləri ustası, "Özünü tanı" metodikasının müəllifi;

Gojun Xuan - ənənəvi Çin təbabətinin 7-ci nəsil nümayəndəsi, cən-cyu ustası;

İqor Pankov - antropoloq, tarix elmləri namizədi, sufi irsinin tədqiqatçısı;

Sudhakar Dass - "Vedanta Academy India" nümayəndəsi, spiker.

Festivalın missiyası insanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaqdır. Məqsəd isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Festival çərçivəsində Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə "Made in Azerbaijan" brendi altında məhsulların təqdim olunacağı yarmarka keçiriləcək. Shoppingaz.az onlayn alış-veriş platforması tərəfindən təşkil olunan yarmarka 200-dən artıq yerli brendi bir araya gətirəcək. Bu, brendlər üçün həm tanıtım, həm də iştirakçılarla birbaşa əlaqə qurmaq imkanı yaradacaq.

Təşkilatçılar yerli istehsalçıları yarmarkada iştirak etməyə dəvət edirlər. Əlaqə üçün:

E-poçt: [email protected]

Telefon: +994 10 252 46 00

Festivalın biletləri artıq satışdadır. Biletləri bu keçidə daxil olaraq əldə etmək mümkündür. Tədbir haqqında ətraflı məlumat və proqramla tanış olmaq üçün rəsmi sayt ziyarət edilə bilər.

Daha çox foto burada: PhotoStock.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri