Bakıda harmoniya, hərəkət və bayram ab havası: Nine Senses Fest 2025 festivalının üçüncü günü
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakıda harmoniya, hərəkət və bayram ab-havası ilə başlayan "Nine Senses Fest 2025" festivalının üçüncü günü - bağlanış mərasimi yüzlərlə iştirakçını özünü tanıma, sağlamlıq və mənəvi zənginlik yolunda bir araya gətirib.
Oxu.Az xəbər verir ki, keçirilən bağlanış mərasimində festival iştirakçıları bir araya gələrək sufi rəqsləri, səmazən ayinləri, sufi musiqi terapiyası, qədim Çin və slavyan təbabəti ilə tanış olub, neyroqrafika, aromaterapiya, qadın çevrələri, nəfəs, səs terapiyası ilə öz bədii və emosional potensiallarını kəşf ediblər.
Axşam saatlarında isə iştirakçıları əyləndirmək üçün müğənni Çingiz Mustafayevin canlı konserti baş tutacaq.
Qeyd edək ki, festivalın üçüncü günündə də "Made in Azerbaijan" yarmarkasında 200-dən çox yerli brend öz məhsullarını təqdim edib.
Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilib və "Ənənədən-hərəkətə" şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirib.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















