Icma.az
close
up
RU
Nitşe heç zaman köhnəlməyən filosof...

Nitşe heç zaman köhnəlməyən filosof...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bu mətndə Nitşenin şəxsiyyətinə və fikirlərinə müəyyən mənada baxmağa çalışmışam. Onun təzadlı, eyni zamanda harmonik təbiətinə və çəkdiyi əzablara diqqət etmişəm. Əslində, biz - hər birimiz əzab çəkən, həyatın əlində aciz qalan filosoflarıq, hər birimizin fəlsəfəsi var. 


1. Nitşenin təkliyi və oxucu kasadlığı

Keçən əsrlərə baxanda, kədərli gözləri olan filosofu görürəm. O, özünü dövrünün adamları ilə qarşılaşdırmır, onlara qarışmır. Bununla yanaşı onun həyatı pis niyyətlərdən uzaqdır. O ədəbiyyatda və fəlsəfədə pis niyyətlərin olmasını qəbul etmir. Düşünürəm ki, təkliyə bağlanması onun həyatdan tez ayrılmasına səbəb oldu, təkliyi ona ağır gəldi. Filosof olanda nə olar ki?! Düşüncələrini daşıya bilmədi. O deyirdi ki, bir adamın kitablarımı əlinə götürməsi özünə verəcəyi ən böyük dəyərdir, "Zərdüştün şərh edilməsi üçün böyük kürsülər qurulacaq.

Bir dəfə doktor Haynix fon Ştayn onun kitablarından bir cümlə belə başa düşmədiyini deyəndə, "problem deyil, kitabdan altı cümlə anlasan və anladıqlarını yaşasan, yüksək mərtəbəyə çatmış olarsan" söyləmişdi.

Filosof bikef vaxtlarında, özünə yazırdı - "özümü insanlardan uzaq hiss edirəm, belə olan halda, tanıdığım müasirlərim tərəfindən oxunmağı necə istəyə bilərəm? Yazılarımı anlamırlar, mən onların bu şüursuzluğundan həzz alıram, amma bu həzzi azaltmaq istəyirəm. Berlin universitetinin professorunun "bu tərz yazıları heç kim oxumaq istəmir" deməsi məni sarsıdır".

Belə yazmasına, ətrafındakıların onu başa düşməməklərinə baxmayaraq, o öz yazdıqlarını "başıaşağı çevrilmiş doğrular" adlandırırdı. Filosofun "üstinsan" (übermensch) kəlməsi, bizim öyrəşdiyimiz, adət etdiyimiz insandan çox fərqli idi. Onu zamanında anlamadılar, gah yarıdahi, gah peyğəmbər adlandırdılar, gah da darvinist mövqeyinə görə günahlandırdılar.

Hər dəfə anlaşılmadıqca, filosof özünə qapandı, "mən"ini möhkəm qucaqladı, yeni fikirlərininin isə ardı-arası kəsilmədi. Onları bölüşəcək insan demək olar ki, yox dərəcəsində idi. Dünyanın iri şəhərlərində məşhur qəzetlərində çap olunan filosof deyirdi - "bugünə kimi ən qürurlandığım şey, meyvə satan qadınların üzümlərin ən dadlısını seçib mənə verməyə can atmalarıdır. Cazibədar rus qadını mənim haralı olduğumu izah edir. Mən lovğalanmağı bacarmıram. Lovğalansam "mən"imi itirərəm. Alman kimi düşünməkdən başqa əlimdən bir iş gəlmir".

Bəlkə Nitşe ətrafında soyuqtəbiətli insanların olduğunu, düşüncədən əvvəl duyğu gəldiyini unudurdu. Onun dövründə də, həyatında da duyğular çatmırdı. Təzada baxın ki, müəyyən mənada Nitşenin Zərdüşt obrazı və onun təbiəti  insan mənəviyyatını, düşüncəsini əks etdirən duyğu selinə bənzəyirdi. Əsər poeziyanı xatırladırdı, şeir diliylə yazılmışdı. Bəlkə buna görə onu yaşadığı mühitdən daha çox uzaqlarda yaşayan insanlar oxuyurdu.

Sərtliyin vərdiş olduğunu yazan Nitşe özü də buna uzun müddət dözə bilmədi. Daxilində yaratdığı sərtlklə yaşasa da, Freydin "basdırılmış duyğular ağır formada üzə çıxır" fikrini real etdi. Şəhər meydanında döyülən atın əzabı onun sərt duyğularını yumşaltdı. Təkcə yumşaltdımı? 

Yazıçı-filosofun istədiyi oxucusu bu cəhətlərə malik olmalı idi - həmişə ürəkli, hər şeyi bilmək istəyən, qıvraq, kələkbaz, sağlam düşüncəli, anadangəlmə macərapərəst və axtarıb tapan biri. Müşahidələrimə əsasən deyə bilərəm ki, Nitşesevənlərin əksəriyyəti bu xüsusiyyətlərə malikdir.


O özünü anti-eşşək, amma bununla belə dünya tarixinə düşəcək canavar adlandırırdı.

2. Nitşenin söz sənəti haqqında fikirləri və düşüncələrindəki psixoloji nüanslar

Söz sənətinin ustadı olan filosof insanın daxili dünyasını dəqiq sözlərlə ifadə edirdi. Deyirdi ki, yaxşı söz həyata keçməyibsə mənasızdır, bu idealizmin özlüyündə yaxşı olmasına bənzəyir. Təklikdə cəsarəti aşıb-daşan adamın, hadisə vaxtı cəsarət kasadlığı yaşaması kimidir.

O, kitablarını anlayacaq oxucuları, söz sənətini başa düşəcək insanları çox gözləyəcəkdi. Bir dəfə dostlardan biri mənə dedi ki, yaxşılıq etmirəm, kömək edirəm. Mən onda anladım ki, biz sözlərdən nə qədər uzaq düşmüşük. Elə buna görə də biri yaxşılıq edirsə, mütləq kömək edir, düşünmüşük.

Kitablarında psixoloq kimi danışan filosof deyirdi ki, "xeyir güdməyən və eqoist anlayışları bir - birinə ziddir, "mən" ən böyük saxtakarlıqdır. Sevgidə eqoistlikdən kənar vacib nəsnələrə çatmaq lazımdır. Yəni insan təkbaşına özünə dayaq olarsa, öz ayaqları üstündə durmağı bacararsa, sevə bilər. Əks halda, sevə bilməz. Qadınlar bunu yaxşı bilir. Onlar üçün mənfəət güdən, obyektiv kişilər boş şeydir".

Nitşe həqiqi psixoloq kimi qadınlar haqqında deyir ki, "müəyyən məsələlərdə qadın kişidən daha pis və daha ağıllıdır. Qadınlarda yaxşılıq korlanmayıb, onlar hisslərin mayasını öz fiziologiyalarından alırlar. Haqq adı altında qadınlar hər şeyə müqavimət göstərirlər. Cinslər arasındakı müharibədə ön sıraların onların olduğunu bilirik. Qadınlarda dərinlikdə yatan intiqam istəyi var".

Bu istək həm kişilərə, həm də uşaq doğa bilən qadınlara qarşıdır. Cinsi pəhriz haqqında xütbələr isə pozğunluğa sədd çəkməyəcək, əksinə, bu, hər kəsi təbiətə zidd olmağa səsləyir.

Bu fikirləri oxuduqdan sonra, mənə məlum oldu ki, hər işi qaydasında olan, normal şəraitdə yaşayan qadın niyə hələ də narazıdır. "Haqqımı müdafiə edirəm" adı altında içindəki mənasız intiqam istəyi hardan qaynaqlanır sualına ürəyimcə olan cavabı isə tapmadım. Bunu təkcə

fizioloji təbiətlə bağlamaq can qurtaran cavab olmazdımı? Bəlkə Nitşe problemin davamlı araşdırmasını bizə həvalə edib?

Narazılığın, səs-küyün, aqressiyanın altında gizlənən mərhəmət isə həqiqətən də qadın təbiətinin vazkeçilməz halıdır. Halbuki bu halı da, qadının rəqibinə görə dəyişir, mərhəmətsiz hala gəlir.

Bizim faciələrimizin kökü bilirsiniz nədir? Qəbul etməmək… Biz anamızı, həyat yoldaşımızı, iş yerimizi, hətta yaşadığımız ömrü qəbul etmirik. Kaş, daha yaxşısı olardı, düşünürük. Qəbul etməmək, özündən uzaq tutmaq, özünə yaraşdırmamaq içimizdə div boyda əks-qütblər yaradır. O divi ətrafımız görmür, onun gücü bizi məhv etməyə çatır. Bunun səbəbini təbiətə zidd getməklə əlaqələndirirəm və bunu ilk dəfə din başlayıb. Siz heç təbiətdə yaxınlığında bitən ağacdan qaçan, onu itələyən başqa bitki gördünüzmü? Xeyr!

Ən uzağı budaqlar bir-birinə sarılacaq, qarışacaq.

3. Nitşenin faciə haqqında düşündükləri

Opera və inqilab. Nə olursa, olsun rasional fikir təhlükəli həyatı yox edən gücdür. Top səsləri altında yazılmış əsərlər haqqında düşündünüzmü?

Bizə görə faciə sayılan nəsnə, Nitşeyə görə sərhədsiz, sonsuzadək hər şeyin davamlı yox olub, yenidən doğulmasıdır. Faciə anını müjdələyən filosof, faciəni həyata "hə" demək adlandırır.

4. Nitşenin insanlarla münasibəti

"Mənim insana olan məhəbbətim başqasıyla hiss bölüşməkdən yox, paylaşdığım hissə tam gətirməsindən ibarətdir. İnsana məhəbbətim vaxtaşırı özümü məğlub etməyimdir. Amma mənim təkliyə ehtiyacım var, yəni ayazımağa, özümə qayıtmağa, yüngülcə rəqs edən havanı ciyərlərimə çəkməyə…

5. Ağıllı insan olmağın filosofsayağı şərtsizlikləri

Nitşe özünün ağıllı olduğunu bu şərtlərlə bağlayır - boş suallar düşünməmək, özünü günahkar hiss etmək məcburiyyətində olmamaq, ölçülərdən məhrumluq, insana, hadisəyə, əhvalata qiymət verməyi kənarda saxlamaq, mühakimə etməmək, sonu düşünməmək, uğursuzluqları kənara itələmək, ənənəvi qidalanmadan uzaq durmaq.

Oxuduqca düşünürəm ki, bizi illərdir belə öyrədiblər - səhv etdin, əzab çəkməlisən, tövbə etməlisən, özünü günahkar hiss etməyin vacibdir, belə etsən bu sənin qurtuluşun olacaq, hələ hər hansı bir işə başlamaqdan əvvəl özünü uğursuzluq haqqında düşüncələrdə boğmaq, ölçülərə, çərçivələrə sığınmaq, özündə qiymətləndirmək və mühakimə etmək xüsusiyyətlərini inkişaf etdirmək.

Halbuki biz səhvin dünəndə qaldığını qəbul etməliyik. Pis nəticənin uğursuzluq olmadığını düşünməliyik. Çərçivələrdə deyil, təbiətimizə uyğun yaşamağı seçməliyik. Günah hissinin bizim illərimizi puç etməsinə imkan verməməliyik.

Yazımın sonunda kədərli filosofun gözlərində işıq görürəm. Onu dərk edənlərin birinin sayının çoxalmasına sevinir. İçimdə yenidən onu oxumaq coşqunluğu yaşayıram. Düşüncələrimdə yəqinlik var, ürəyimdə Nitşenin yaşadığı və hələ bundan sonra da yaşayacağı dünyanı dərk etmək ehtirası ilə onun öz sözlərini onun özünə ünvanlayıram: "Niyə belə yaxşı kitablar yazırsınız?!"

Könül Nuriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see403

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see257

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see245

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see243

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see242

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see232

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see225

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see218

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see217

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see212

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see210

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see207

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see199

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see198

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see196

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see195

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see194

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see184

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see181

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri