Icma.az
close
up
RU
Niyazi Bayramov məzun olan müharibə iştirakçısı ilə görüşdü Fotolar

Niyazi Bayramov məzun olan müharibə iştirakçısı ilə görüşdü Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu il Azərbaycan Texnologiya Universitetinin məzunu olan müharibə əlili Elmar Nəsirovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ATU-nun rektoru, dosent Yaşar Ömərov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.

Niyazi Bayramov görüş zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına və veteranlara göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində şərəfli qələbə qazanmışıq. Bu döyüşlərdə Elmar kimi vətənpərvər, igid gənclərin sarsılmaz iradəsi və qəhrəmanlığı xüsusi rol oynayıb.

Görüş zamanı Niyazi Bayramov Elmar Nəsirovu Azərbaycan Texnologiya Universitetini uğurla bitirməsi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rektor Yaşar Ömərov görüşün təşkilinə görə Niyazi Bayramova təşəkkürünü bildirib, Elmar Nəsirova isə həyat yolunda uğurlar diləyib.

Elmar Nəsirov çıxışında Vətən müharibəsində ağır yaralanmasına baxmayaraq, hazırda aktiv həyat tərzi sürdüyünü vurğulayıb. Qeyd edib ki, Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarında könüllü kimi iştirak edəcək. O, göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Elmar Elmir oğlu Nəsirov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, 2020-ci il oktyabrın 26-da Füzuli–Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb. YAŞAT Fondu vasitəsilə 25 mart 2021-ci ildən etibarən Türkiyənin Bursa şəhərində yerləşən Fiziki Reabilitasiya Xəstəxanasında müalicə alıb və 14 dəfə əməliyyat olunub. Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri