Niyə haqqımızda belə danışırlar, bilmirəm
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Aktyor Müşviq Şahverdiyev həmkarı Fərda Xudaverdiyevlə heç vaxt küsülü olmadığını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb. Müşviq qeyd edib ki, bəzi həmkarları onların küsülü olduqlarını zənn edir:
"Hamı fikirləşirdi ki, küsülüyük. Balaca bir soyuqluq yaranmış ola bilər, amma küsməmişdik. Layihə bitdikdən sonra ola bilər ki, səhv məndə olub, axtarmamışam. Birimiz bir dəfə zəng vurarıq, digəri isə telefonu açmaz. Bu da xətrimizə dəyər və soyuqluq yaranar. Amma bir də var ki, nəyinsə üstündə dalaşasan, belə şeylər olmayıb. Tamaşaçılar və eyni sahədə çalışdığımız insanlar elə düşünür ki, Fərda və Müşviq illərdir küsülüdürlər. Bəziləri deyir ki, bir-birindən zəhlələri gedir, heç vaxt bir araya gəlməzlər. Haqqımızda niyə belə danışırlar, bilmirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 01 Aprel 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















