Icma.az
close
up
RU
Niyə hər gün fıstıq yemək lazımdır? 5 səbəb

Niyə hər gün fıstıq yemək lazımdır? 5 səbəb

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fıstıq (pistasiya) tərkibində əvəzolunmaz amin turşuları, faydalı mono- və çoxdoşmamış yağlar, lif və antioksidantlar olan ən qiymətli qidalar sırasına daxildir.

Lent.az fıstıqla bağlı məlumatları təqdim edir:

Fıstıq bütün dünyada sevilir. Onun xoş, bir qədər şirin dadı bu qozu müxtəlif yeməklərə və qəlyanaltılara ideal əlavəyə çevirir. Üstəlik, o, çox qidalıdır. Pistasiya tam dəyərli zülal mənbəyidir və bütün doqquz əvəzolunmaz amin turşusunu özündə birləşdirir. Bundan başqa, faydalı yağlar, lif və antioksidantlarla zəngindir. Dietoloq, elm magistri Teylor Berqqrenin sözlərinə görə, pistaniyanın gündəlik istifadəsi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Mütəxəssislər bu qozun orqanizm üçün beş əsas faydasını açıqlayıblar.
1. Qan təzyiqini normallaşdırır
Fıstıq kalsium və maqneziumla zəngindir ki, bunlar sağlam qan təzyiqini dəstəkləyir. Onlar həmçinin kaliumun təbii mənbəyidir. Kalium natriumun təsirini neytrallaşdırır, damarların daha yaxşı işləməsinə və təzyiqin normada qalmasına kömək edir. Həmçinin pistaniyada ürək üçün faydalı fitosterollar və antioksidantlar var. Amerika Ürək Assosiasiyası bildirib ki, pistaniyanın qəbulu sistolik təzyiqin (yuxarı göstəricinin) azalmasına səbəb ola bilər.
2. Göz sağlamlığını yaxşılaşdırır
Pistaniyanın yaşıl və bənövşəyi çalarları lutein və zeaksantin adlı karotinoidlərin olmasına görədir. Bu maddələr gözləri qorumaqda mühüm rol oynayır. Onlar torlu qişada toplanaraq zərərli işığın təsirini azaldır və yaşla bağlı makulyar degenerasiya və katarakta riskini azaldır.

3. Çəkinin idarə olunmasına kömək edir
Tez-tez yayılan mifə baxmayaraq, qoz-fındıq həmişə kökəlməyə səbəb olmur. Araşdırmalar göstərib ki, pistaniyanın istifadəsi artıq çəki ilə əlaqəli deyil. 2021-ci ildə Cambridge University Press-də dərc olunan elmi işdə göstərilib ki, pistaniya çəkinin idarə olunmasında mühüm rol oynayır. Onun zülal və liflə zəngin tərkibi toxluq hissini artırır və artıq yeməyin qarşısını alır. Bundan əlavə, gündəlik 42 qram pistaniya qəbul edən insanların qidalanması daha sağlam olur: onların lif qəbulunun artdığı, şirniyyat istehlakının isə azaldığı müşahidə olunub. Digər tədqiqatlarda isə göstərilib ki, pistaniya ilə qəlyanaltı edən qadınların bel dairəsi yüksək karbohidratlı qəlyanaltı edənlərlə müqayisədə daha kiçik olur.
4. Qanda qlükoza səviyyəsini sabitləşdirir
Şəkərli diabet və ya prediyabeti olan insanlar üçün pistaniya yaxşı seçimdir. Onun tərkibindəki faydalı yağlar, zülal və lif qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir, şəkərin sorulmasını ləngidir.

5. Bağırsaq sağlamlığını dəstəkləyir
Fıstıq gündəlik istifadə olunduqda bağırsaq mikroflorasını yaxşılaşdıra bilər. Dietoloq Berqqren qeyd edir ki, 2023-cü ilin icmal araşdırmasına görə, pistaniya bağırsaqda butirat adlı yağ turşusu istehsal edən faydalı bakteriyaların sayını artırır. Butirat isə yoğun bağırsaq hüceyrələri üçün enerji mənbəyidir və həzm sistemi üçün çox önəmlidir.

Kimlərə olmaz?
Fıstıq allergiyası olanlar üçün təhlükəlidir. Əgər digər qoz-fındığa qarşı allergiyanız varsa, pistaniyaya da ola bilər. Ona görə rasionunuza əlavə etməzdən əvvəl həkimlə məsləhətləşin.

4 yaşadək uşaqlar üçün qoz-fındıq boğulma riski yaradır. Onlara yalnız püreyə çevrilmiş formada verilməsi tövsiyə olunur. Həddindən artıq pistaniya yemək həzmsizlik və qarın diskomfortu yarada bilər (lif çox olduğuna görə).

Böyrək daşı olanlar və qanda kalium səviyyəsi yüksək olan şəxslər pistaniya qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Çünki bu qozun tərkibində oksalatlar var, onlar daşların əmələ gəlməsini sürətləndirə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri