Icma.az
close
up
RU
Niyə İrəvan Azərbaycanla sərhəddə yeraltı tunellər tikir?

Niyə İrəvan Azərbaycanla sərhəddə yeraltı tunellər tikir?

Icma.az bildirir, Azvision portalına istinadən.

Bütün bunlar yeni bir müharibədənmi xəbər verir?
Mövzu ilə bağlı AzVision.az -a danışan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, istənilən an tərəflər arasında müəyyən gərginlik yaşana bilər.
O bildirib ki, Ermənistan rəhbərliyində, ictimai siyasi cəmiyyətində olan şəxslər Azərbaycana qarşı həmişə hədyanlar səsləndiriblər:
"Nikol Paşinyan bəyan etdi ki, bizim Azərbaycanla müharibə etmək üçün gücümüz və həvəsimiz yoxdur. Bu gün doğrudan da Ermənistanın Azərbaycanla müharibə edəcək potensialı yoxdur. Bununla yanaşı, Ermənistan öz ordusunu dirçəltmək, müasirləşdirmək üçün addımlar atır. Biz də bunu izləyirik. Bununla bağlı açıq və ya gizli mənbələrdən xəbərlər alırıq. Bu yaxınlarda Ermənistan müdafiə naziri Suren Papikyan Amerikaya ikinci səfərini etdi. Bütün bunlar Ermənistanla Amerika arasında strateji əməkdaşlığın güclənməsi fonunda baş verir. ABŞ dövlət katibinin Avropa və Asiya üzrə xüsusi nümayəndəsi Ceyms O’Brayn İrəvanda olanda Ermənistana bəzi təkliflər etmişdi. Artıq Ermənistan tərəfi daha çox Qərbin çətiri altına keçib".
Ekspert onu da qeyd edib ki, ermənilərin sığınacaq tikməsi məsələsi o qədər də önəmli deyil.
Ermənistan bölgədə yeni müharibə riskini artırır "Bunlara fikir verməməliyik. Çünki hələ ki, sülh müqaviləsi yoxdur. Ona görə də, sabah baş verə biləcək toqquşmalardan ehtiyat edərək, şəxsi heyətin həyatını qorumaq üçün belə addım atırlar. Yəni sığınacaqları sadəcə heyəti zərbələrdən qorumaq üşün qururlar. Amma İrəvan yaxşı olardı ki, Azərbaycanla sülh müqaviləsini imzalasın. Paşinyan özü də deyirdi ki, “Biz yaxın vaxtlarda sülh müqaviləsini imzalayacağıq”. Sülh müqaviləsində yenilik yalnız odur ki, müqavilənin bəndlərinin əvvəl 80 faizi razılaşdırılmışdı, indi isə 90 faizidir. Hələ 10 faiz razılaşdırılmayıb. 10 faiz nədir? Onların Azərbaycana ərazi iddiaları məsələsi gündəmdə qalır.
Ermənistandan Cənubi Qafqazda istifadə etmək üçün hələ çox yararlanacaqlar. İrəvan artıq öz müttəfiqlərini seçir. Əvvəl daha çox güvəndiyi Rusiya idi. İndi Rusiya ilə faktiki olaraq yollarını ayırıb. Ermənistan öz mövqeyini müəyyənləşdirib. Amerika, Fransa, Yunanıstan, Cənubi Koreya və digərləri ilə texniki əməkdaşlıq əlaqələri yaradırlar. Bu istiqamətdə də işlərini görürlər.
Bakı da lazım olan işləri görür. Azərbaycanda 2025-ci il üçün müdafiə və təhlükəsizlik sektoruna iki milyard manata yaxın əlavə vəsait nəzərdə tutulub. Bu da müdafiəmizi və təhlükəsizliyimizi gücləndirmək ilə bağlı olan məsələlərdir. Ermənistan öz işində, biz də öz işimizdə. Amma yaxşı olardı ki, Ermənistan Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması üçün praktiki addımlar atsın. Ermənistanın Azərbaycana qarşı hər hansı bir müharibə və yaxud revanşist hərəkətləri yaxın bir neçə il üçün mümkünsüzdür.
Amma qarşıdakı illərdə əgər sülh müqaviləsi imzalanmasa, sözsüz ki, lokal xarakterli gərginlik yaşanacaq. Bu, Ermənistanın xislətinə uyğundur. İrəvan da çox məsələləri artıq dərk edib. Bilir ki, ona söz verib aldadanlar bu gün onun yanında deyillər".
Həmidə İbrahimova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri