Icma.az
close
up
RU
Niyə özümüzə inanmaqda çətinlik çəkirik? Psixoloqdan AÇIQLAMA

Niyə özümüzə inanmaqda çətinlik çəkirik? Psixoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həyatda qarşımıza qoyduğumuz məqsədlərə çatmaqda ən böyük maneələrdən biri özümüzə olan güvənsizlikdir. Bu problem sadəcə gündəlik işlərimizə deyil, insanlarla münasibətlərimizə, peşə həyatımıza və şəxsi inkişafımıza da ciddi təsir edir. 

Bəs özgüvənsizliyin kökləri haradan qaynaqlanır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, özgüvən bir insanın özünə olan inancı, güvəni və həyatdakı çətinliklərin öhdəsindən gəlmək bacarığıdır. Lakin bu inamın olmaması insanı geridə saxlayan, hətta nailiyyətlərdən məhrum edən əsas səbəblərdən biridir.

"Özgüvənsizliyin əsas səbəbləri uşaqlıq dövrünə gedib çıxır. İnsan uşaqlıqda ailədə, məktəbdə və ya bağçada yaşadığı təcrübələr nəticəsində özünə olan münasibətini formalaşdırır. Əgər bu dövrdə mənfi təcrübələr, tənqidlər və dəstəyin çatışmazlığı yaşanıbsa, gələcəkdə özünəinam problemi yaranır. Əgər bir insan özündə özgüvənsizlik hiss edirsə, bunun səbəblərini araşdırmalı, öz keçmişinə nəzər salmalıdır. Bu vəziyyət nədən qaynaqlanır? Niyə həyatına bu qədər təsir edir? Hansı imkanların və uğurların qarşısını alır? Bütün bunları dərk etmək çox vacibdir.

Özgüvənsizlik müxtəlif formalarda özünü göstərə bilər. Bəziləri böyük kütlələr qarşısında çıxış etməkdən qorxur, digərləri kamera önündə olmağı sevmir. Bəzi insanlar isə hətta sadə gündəlik işləri belə yerinə yetirməkdən çəkinir" - deyən psixoloqun sözlərinə görə, bu cür problemlər insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır:

"Özgüvənsizlik insanın həyatından çox şey alır – potensial nailiyyətləri, sağlam münasibətləri və hətta şəxsi xoşbəxtliyi".

N.Mirzəyevanın tövsiyəsinə əsasən, özgüvənsizliklə mübarizə aparmaq üçün insan ilk növbədə öz vəziyyətini qəbul etməli və onun üzərində işləməyə qərar verməlidir:

"Bu prosesdə insan özünü məcbur etməli və aktiv şəkildə irəliləməlidir. Beyinlə mübarizə aparmaq lazımdır. İnsan çətinliklərə qarşı gəldikcə və onlara qalib gəldikcə özünü daha güclü hiss edir. Beyin çətinlikləri aşmağa başladıqca yeni və müsbət təcrübələr toplamağa başlayır ki, bu da özgüvənin bərpasına yardım edir. Biz bundan xilas olmaq üçün dönüb özümüzə baxmalıyıq. Niyə mən bu özgüvənsizlik yaşayıram, mən nə edə bilərəm? Bu zaman mütəxəssisə müraciət edə bilərik. Nevropotoloq, psixiatrlara müraciət edə bilərik. İdman, hobbi və ya digər fəaliyyətlər insanın ruh halını yaxşılaşdırır və özünə inamını artırır.

Nəticə olaraq, özgüvən insan həyatının ayrılmaz bir hissəsidir və bu keyfiyyəti artırmaq həm şəxsi, həm də peşəkar sahədə böyük uğurlara gətirib çıxara bilər. Özgüvənsizlikdən qurtulmaq üçün özümüzə qarşı səmimi olmaq, dəstək axtarmaq və aktiv şəkildə irəliləmək əsas şərtlərdəndir".

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri