Icma.az
close
up
RU
Niyə pensiya islahatları çətin gedir?

Niyə pensiya islahatları çətin gedir?

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar pensiya qanunvericiliyndə edilmiş dəyişikliklər, pensiya yaşı və sosial platformalarda bu mövzuda çağırışlar bununla bağlı müzakirələri aktuallaşdırıb.

AzPost bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda pensiyaçıların sayı təqribən 1 103,3 min nəfərdir. Ölkədə yaşa görə pensiya alanların sayı isə təqribən 712,7 min nəfərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  məlumatına görə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir. Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2.8 dəfə, yaşa görə orta aylıq pensiyada 2.7 dəfə artıma nail olunması deməkdir. Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2.3 dəfə artımın olduğunu göstərir.

Bəs ölkədə pensiyaçıların sayı dünya standartları ilə uyğundurmu?

Mütəxəssislərin fikrincə, bəzi göstəricilər baxımından Azərbaycanda pensiyaçıların sayını dünya tendensiyaları və orta göstəricilərlə müqayisə etsək bu suala “uyğundur” cavabını vermək olar. Amma real mənada bu, həm nisbət, həm də hazırkı demoqrafik və sosial-iqtisadi kontekst baxımından şərtlidir.

Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda pensiyaçıların sayı təxminən 1,1 milyon nəfərdir. Bu, ölkə əhalisinin təqribən 10.7–10.8 %-ni təşkil edir. BMT-nin rəsmi hesabatına görə, dünyada 65 yaş və yuxarı olan insanların payı hazırda təxminən 10 % civarındadır.  Bəzi ölkələrdə bu faiz çox yüksəkdir, bəzilərində 20 %–ə, 30 %–ə çatan yaşlı əhali nisbətləri var.

Beləliklə, pensiyaçıların ölkə əhalisinə nisbəti baxımından Azərbaycan dünyanın ortaq göstəricilərinə yaxın, bəzi “qocalmış” ölkələrdən isə geridədir. Bu isə demoqrafik struktur baxımından ölkəmizin “gənc – ortaq yaşlılıq balansı” olan ölkələr sırasına daxil olduğunu göstərir.

Rəsmi olaraq açıqlanan statistika da hazırda əmək qabiliyyətli yaşda olan və 65+ yaşlı əhalinin nisbəti dünya göstəriciləri ilə müqayisədə maliyyə baxımından “dayanıqlı” hesab olunur.

Bəs risklər hardadır?

BMT-nin hesabatına görə, dünya üzrə “yaşlıların” (65+ yaş) faizi artmaqdadır. Bu göstərici əgər 1990-cı ildə 6 % idisə, 2019-da 9 % olub. 2050-də isə 16 % olacağı gözlənilir. Bu meyl inkişaf etmiş ölkələrdə daha qabarıq olsa da, uzunmüddətdə Azərbaycan üçün də demoqrafik dəyişikliklər riski yaradır. Hazırda ölkədə 65+ yaşlı əhalinin payı hələ dünyadakı orta səviyyədədir. Ancaq bu göstəricinin artması pensiya sisteminə yük yarada bilər.

Bu sahədə addımlar atılarkən pensiyaçı sayı, işləyənlər və pensiya alanlar arasında nisbi balans, pensiya sisteminin maliyyə strukturu, orta ömür uzunluğu, sığorta stajı, əlillik, müavinətlər və s. kimi göstəricilər də gözdən keçirilməlidir.

Ümumi təhlilə görə, Azərbaycanda pensiyaçıların sayının və yaşlıların payının hazırkı səviyyəsi dünya orta göstəriciləri ilə əsasən uyğundur. Bu demoqrafik balans pensiya sisteminin maliyyə baxımından idarə edilə bilməsi üçün nəinki şərtləndirici, az-orta yüklü profil yaradır.

Amma bu o demək deyil ki, gələcək üçün risklər yoxdur. Əhali qocaldıqca, işləyənlərin sayının azalma riski, pensiya yaşı, sığorta stajı, müavinətlər və sosial xidmətlər kimi faktorlar gündəmə gələcək. Bu baxımdan pensiya sisteminin davamlılığı üçün strateji planlama vacibdir.

Azərbaycanda pensiya islahatlarının aparılmasında hansı problemlər var?

Azərbaycanda pensiya islahatlarının aparılması həm demoqrafik, həm iqtisadi, həm də idarəetmə ilə bağlı çətinliklərlə üzləşir. Pensiya islahatlarının əsas problemləri demoqrafik problemlər, əhalinin yaşlanma tendensiyasıdır.

Son illərdə əhali arasında 65+ yaşlı olanların payı artmağa doğru gedir. Bu, işləyənlərin pensiyaçıları “maliyyələşdirmə dərəcəsi”ni aşağı salır. Orta ömür uzunluğu artdıqca pensiya sisteminin yükü böyüyür.

Aşağı doğum səviyyəsi də işlək pensiya sisteminin qurulmasında manelərdəndir. Çünki gələcəkdə əmək bazarına daxil olacaq gənc sayının azalması pensiya fonduna ödənişlərin azalması deməkdir.

Pensiya sisteminin problemləri sırasında əmək bazarında problemlər də mühüm rol oynayır. Burada “Kölgə iqtisadiyyatı” əsas faktorlardandır. Çünki “kölgə iqtisadiyyatı”nda 10 minlərlə insan gəlirinin real hissəsini rəsmiləşdirmir. İşəgötürənlərin sosial ödənişlərdən yayınması pensiya fonduna daxilolmaları azaldır. Üstəlik qeyri-sabit və mövsümi məşğulluq da çevik pensiya sisteminin formalaşdırmağa imkan vermir. Qeyd edək ki, bir çox sahələrdə (tikinti, xidmət sektoru və s.) insanlar tam ştatlı, daimi işlə təmin olunmur. Ödənişlərin tam, vaxtında edilməməsi insanların staj toplamasını çətinləşdirir.

Miqrasiya faktoru əmək bazarında tarazlığı pozan detallardandır. Xeyli sayda əmək qabiliyyətli şəxs xaricdə işləyir və Azərbaycan sisteminə ödəniş etmir. Bundan başqa pensiya sisteminin struktur problemləri də effektiv işləməyə imkan yaratmır. Ekspertlərin fikrincə, pensiya üçün yığım (kumulativ) sisteminin işləmir, uzun illər müzakirə olunsa da, kapital yığım sistemi effektiv şəkildə tətbiq olunmayıb. İkinci və üçüncü pillə (könüllü pensiya yığımları) real bazarda yoxdur.

Odur ki, yalnız “təqaüd yaşına çatma” modeli üstünlük təşkil edir. Çünki şəxsi yığımlar və fərdi pensiya fondları praktiki yoxdur. Sistemin tamamilə dövlət büdcəsinə bağlı olması risk yaradır. Hər il Pensiya Fondunun xərcləri artır. DSMF-in əhəmiyyətli hissəsi dövlət büdcəsi vəsaitləri ilə doldurulur. Bu da sistemin “öz-özünü maliyyələşdirmə” qabiliyyətini azaldır.

Pensiya məbləğlərinin aşağı olması da vacib faktordur. Orta aylıq pensiya yaşayış minimumuna yaxın olmaqla, real ehtiyacları tam ödəmir. Bu isə narazılığa və sosial həssaslığa səbəb olur. Üstəlik staj tələblərinin sərt olması da öz sözünü deyir. 25 il sığorta stajı tələbi minlərlə insan üçün çətin görünür. Çoxları yalnız sosial müavinətə uyğun gəlir, bu isə pensiya sisteminə inamı azaldır.

İnstitusional və idarəetmə problemləri üzündən qanunlar və qaydalar tez-tez  dəyişir. İnsanlar öz gələcək pensiya planlamasını aydın görə bilmir. Rəqəmsallaşmada tam keçid hələ bitməyib. “E-sosial” sistemi olsa da, bəzi məlumatlar hələ də fraqmentaldır. İşçilərin real staj və ödəniş tarixçələrini izləməkdə çətinliklər olur.

Azərbaycanda pensiya islahatlarının qarşısındakı problemlər struktur xarakter daşıyır və həm demoqrafik, həm iqtisadi, həm də institusional sahələrdən qaynaqlanır. Uğurlu islahat üçün kölgə iqtisadiyyatının azaldılması, yığım (kumulativ) pensiya sisteminin qurulması, rəqəmsal nəzarətin gücləndirilməsi, insanların gəlir və məşğulluq səviyyəsinin yüksəldilməsi əsas istiqamətlər kimi görünür.

Sunay AYDIN

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri