Icma.az
close
up
RU
Niyə qadın din xadimi Roma Papası ola bilməz? İLGİNC SƏBƏBLƏR KONKRET

Niyə qadın din xadimi Roma Papası ola bilməz? İLGİNC SƏBƏBLƏR KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Roma Papasını seçmək üçün Vatikanın din xadimlərindən ibarət olan xüsusi bir şurası, yəni kardinal konqlavı mövcuddur. Roma Papası məhz bu şura tərəfindən seçilir. Məlumdur ki, qadınların dini rəhbər kimi seçilməsi müsəlman aləmində olduğu kimi, xristian dünyasında, xüsusilə katoliklər arasında qəbul olunmur. Halbuki, bu məhdudiyyət ilkin dini mənbələrdə, səmavi kitablarda açıq şəkildə təsbit edilməyib. Əksinə, qadın liderlərdən bəhs edən nümunələr mövcuddur”.

Bu fikiləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan səsləndirib.

“İslamın ilkin dövründə Peyğəmbərin (s.ə.s) həyat yoldaşları və digər qadınlar cəmiyyət həyatında və dini məsələlərdə mühüm rol oynamış, liderlik nümayiş etdirmişdilər. Lakin sonralar formalaşan ənənələrdə qadınlara dini rəhbərlik hüququ verilməmiş, bu vəzifələr kişilərə məxsus hesab olunmuşdur.

Xristianlıqda da oxşar bir inkişaf müşahidə edilib. Halbuki, Həzrət Məryəm kimi müqəddəs şəxs dini baxımdan ən yüksək məqamlardan birinə layiq görülmüş, müqəddəs qadın obrazı formalaşdırmışdır. Buna baxmayaraq, xristian dünyasında da qadınlar din xadimi, keşiş və ya Roma Papası ola bilmirlər”.

İlahiyyatçı qeyd edib ki, Qərb ölkələri zaman-zaman müsəlman aləmini gender bərabərliyinin pozulmasına görə tənqid etsə də, Avropanın təməlini təşkil edən xristian ideologiyasında da xanımlara ciddi ayrı-seçkilik mövcuddur. Beləliklə, Roma Papası ancaq kişi cinsindən olan şəxslər arasından seçilir.

“Qadınların kilsə daxilində fəaliyyəti isə rahibəlik və bəzi dini ayinlərin icrasında iştirakla məhdudlaşır. Onlar müəyyən dini funksiyaları icra edə bilsələr də, ali dini rəhbərlik səlahiyyətləri yoxdur.

Bəzi xristian təriqətləri, məsələn, protestant və lüteran cərəyanlarında qadınların din xadimi kimi fəaliyyəti müəyyən dərəcədə qəbul olunub. Lakin bu cərəyanlar da katolik kilsəsi tərəfindən qeyri-ənənəvi sayılır və Roma Papalığı ilə əlaqəsi yoxdur. Katolik kilsəsində Roma Papasının qadın olması indi də mümkün deyil və bu qayda dəyişməz olaraq qalır”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri