Icma.az
close
up
RU
Niyə yadplanetli sivilizasiyalar Yer kürəsini görməzdən gəlir? 8 SƏBƏB

Niyə yadplanetli sivilizasiyalar Yer kürəsini görməzdən gəlir? 8 SƏBƏB

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nə üçün biz hələ də kosmosda yadplanetli ağıllı həyatın nümayəndələrini görmürük?

Milli.Az xarici mənbələrə istinadən Yer üzündə milyonlarla insanın cavab tapmaq istədiyi sualla bağlı bütün mümkün versiyaları bir araya toplayıb: 

Bu müzakirələr kosmik dövrdən çox əvvəl başlayıb. Məşhur rus düşünürü Konstantin Tsiolkovski, hələ 1933-cü ildə yazdığı "Planetlər canlı varlıqlarla doludur" adlı fəlsəfi qeydlərində Enriko Ferminin sonralar məşhur olacaq sualına öz cavabını vermişdi:

"Axı biz də canavarlara, zəhərli ilanlara və ya qorillalara qonaq getmirik, elə deyilmi?" - deyə Tsiolkovski qeyd edirdi. O, bu yanaşma ilə "zoopark hipotezası" adlanan nəzəriyyəni irəli sürmüşdü: yəni yadplanetlilər sadəcə bizi müşahidə edirlər, lakin bizimlə əlaqə qurmağı hələ məqsədəuyğun hesab etmirlər.

Fermi paradoksu və Dreykin tənliyi

1950-ci ildə atom bombasının yaradıcılarından biri olan məşhur fizik Enriko Fermi belə bir sual verdi: "Bəs onlar haradadır?" - bu sual tarixə "Fermi paradoksu" adı ilə düşdü.

1960-cı ildə amerikalı astronom Frenk Dreyk bir elmi konfransda galaktikada ağıllı sivilizasiyaların mümkün sayını hesablayan tənliyi təqdim etdi.

Bu tənlikdə aşağıdakı faktorlar nəzərə alınırdı:

Hər il qalaktikada neçə ulduz yaranır?

Günəşə bənzər ulduzların neçə faizinin planetləri var?

Bu sistemlərdə həyat üçün yararlı neçə planet ola bilər?

Həmin planetlərdə həyat yaranma ehtimalı nə qədərdir?

Bu həyatın ağıllı formaya keçməsi ehtimalı nə qədərdir?

Neçə sivilizasiya başqa ağıllı varlıqları axtarmağa can atır?

Belə bir sivilizasiya nə qədər yaşaya bilər?

Bu tənliyə dəqiq cavab tapmaq mümkün olmasa da, tədqiqatçılar bu gün də onun üzərində işləməyə davam edirlər. Məsələn, son illərin bəzi hesablamalarına əsasən, qalaktikamızda hazırda əlaqə qurmağa hazır olan təxminən 36 sivilizasiya ola bilər.

Buna baxmayaraq, bu nəticələr Fermi paradoksunu daha da dərinləşdirir: əgər bu qədər çox ağıllı sivilizasiya varsa, niyə onlardan heç birini görmürük və eşitmirik?

1. Hipotez: Biz doğrudan da təkik

2018-ci ildə bir elmi komanda bildirdi ki, Dreykin tənliyindəki qeyri-müəyyənliklər onu sıfıra endirə bilər - yəni biz təkcə qalaktikada yox, bütün müşahidə edilə bilən kainatda da tək ola bilərik.

Bu fikir "unikal Yer" hipotezası ilə əsaslandırılır: Yerdə yaranmış həyat üçün şərait kainatda bir daha təkrarlana bilməyəcək qədər nadir və unikaldır.

2. Hipotez: Biz "ilk gələnlərik"

"İlk yarananlar" hipotezası deyir ki, yadplanetli həyat mümkündür, amma biz kainatda ilk ağıllı sivilizasiyayıq və digərləri hələ yaranmayıb.

3. Böyük Filtr nəzəriyyəsi

1996-cı ildə Robin Hanson tərəfindən irəli sürülən bu nəzəriyyə deyir ki, həyatın ağıllı mərhələyə qədər inkişaf etməsi çoxsaylı böyük maneələri aşmağı tələb edir. Məsələn, Yer kürəsində həyatın inkişafı milyardlarla il çəkib və buna təkamül zamanı çoxsaylı "şanslı təsadüflər" səbəb olub.

Həyat anaerob (oksigensiz) formada qalmış olsaydı, heç vaxt bu qədər mürəkkəb və ağıllı formaya keçə bilməzdi. Beləliklə, digər planetlərdəki həyat bu mərhələyə çatmadan "ilişib qala" bilər.

4. Hipotez: Özünü məhv edən sivilizasiyalar

Bu versiyaya görə, texnoloji inkişaf nə qədər sürətli olsa da, nəticədə həmin sivilizasiya özünü məhv edir. Atom bombaları, süni intellekt və ya nəzarətsiz biotexnologiyalar nəticəsində ağıllı varlıqlar tezliklə yox ola bilər.

5. Hipotez: Zaman və məsafə uyğunsuzluğu

Sivilizasiyalar çox uzaqlarda və çox qısa müddət ərzində mövcud olur. Nəticədə onlar heç vaxt bir-biri ilə əlaqə yarada bilmirlər. Məsələn, əgər bizə 5000 işıq ili uzaqlıqda bir sivilizasiya varsa və 5000 il əvvəl siqnal göndəribsə, o sivilizasiya artıq yox ola bilər.

Bəlkə də biz gələcəkdə yadplanetlilərdən siqnal alacağıq, amma o zamanadək onlar çoxdan ölmüş olacaqlar. Bəs o vaxt biz hələ burada olacağıqmı?

6. Hipotez: "Zoopark"

Amerikalı astronom Con Ball tərəfindən 1973-cü ildə irəli sürülən bu hipotezə görə, yadplanetlilər bizi izləyirlər, amma bizimlə əlaqə qurmurlar. Bizi sanki "planetlərarası zoopark"da saxlayırlar və müşahidə edirlər.

7. Hipotez: Onlar bizi görmürlər

Bəlkə də yadplanetlilərin texnologiyası bizi aşkarlaya bilmir. Əgər onların teleskopları bizimkilər kimidirsə, Yerin "canlı" planet olduğunu anlamaları çətin ola bilər. Yaxınlıqda olsalar belə, siqnallarımızı görməmələri mümkündür.

8. Hipotez: Onlar artıq buradan gediblər

Bu versiyanı rus astrofiziki Nikolay Kardaşov dəstəkləyirdi. O, sivilizasiyaların inkişaf dərəcəsini ölçən məşhur Kardaşov Şkalasını yaradıb. Onun fikrincə, ən inkişaf etmiş sivilizasiyalar bəlkə də artıq kravite tunelləri (wormholes) vasitəsilə bizim kainatdan gedib və başqa reallıqlarda yaşayırlar.

Yadplanetlilər mövcuddursa belə, biz ya onları anlaya bilmirik, ya da onlar bizi anlamsız sayırlar. Ola bilsin, onlar üçün biz hələ "uşaq" səviyyəsində bir növük. Və ya bəlkə doğrudan da - biz bu kainatda təkik.

Xəyal Abdullayev
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri