Icma.az
close
up
RU
Niyyət o idi ki, təyyarəni Aktau yaxınlığında dənizə sürükləsinlər Azay Quliyev

Niyyət o idi ki, təyyarəni Aktau yaxınlığında dənizə sürükləsinlər Azay Quliyev

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bizim təyyarəmiz sağ-salamat ətraf bölgələrə, yəni hava limanlarına rahat şəkildə eniş edə bilərdi və bunun üçün Rusiyanın dispetçer məntəqəsi müvafiq şərait yaratmalı idi. Niyyət o idi ki, təyyarəni Aktau yaxınlığında dənizə sürükləsinlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasını şərh edərkən dedi:

"Hər keçən gün Rusiya açıqlamanı verməkdə keçirməsi heç yaxşı hal deyil. Bu, əlbəttə, Rusiya Azərbaycan münasibətlərinə ciddi təsir edəcək. Artıq heç bir şübhə yoxdur ki, Azərbaycanın təyyarəsi Rusiya tərəfindən havadan müdafiə sistemləri vasitəsilə vurulub. Artıq bizim, yəni xüsusi istintaqa ehtiyac yoxdur. Amma bəlli bir məsələ də budur ki, Rusiya hərbi qüvvələri tərəfindən GPS sistemi sıradan çıxarılıb, bir saatdan çox işləməyib. Hadisə beynəlxalq hüquq normalarına, o cümlədən Çikaqo Konvensiyasına və 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik sazişinə ziddir. Buna görə də Rusiya məsuliyyət daşıyır və bunu etiraf etməlidir. Bu faktı etiraf etməli idi. Bundan üzüldüyünü bildirməli, Azərbaycan xalqının dövlətinə üzrxahlıq edərək bu hadisə nəticəsində həlak olanlara başsağlığı verməli, onların ailələrinə, yaxınlarına və bütün zərərçəkənlərə kompensasiya ödəməli idi. Təəssüf ki, hadisənin süni şəkildə uzadılması və gərginlik yaradılması münasibətlərə ciddi ziyan vuracaq və etimadı sarsıdacaq. Azərbaycan ən çətin vaxtlarda Rusiya ilə əməkdaşlıq prinsiplərindən dönməyib. Əgər Rusiya bu məqamda öz məsuliyyətini etiraf etmirsə, bu, Azərbaycana qarşı hörmətsizlik kimi qəbul olunacaq".

Deputatın sözlərinə görə, Rusiyanın hadisəni etiraf etməsi həm iki ölkə arasındakı münasibətlərin gələcəyi, həm də beynəlxalq ictimaiyyət qarşısında öz məsuliyyətini nümayiş etdirməsi baxımından vacibdir:

"Azərbaycan milli qüruru və dövlətçilik ənənələri olan bir dövlətdir. Bizim gözləntimiz Rusiya Federasiyasının rəhbərliyindən bu məsələyə aydınlıq gətirməsi və öz mövqeyini açıq şəkildə ifadə etməsidir. Gərginliyin qarşısını almaq üçün Rusiya vaxtında addım atmalıdır. Ramzan Kadırov kimi şəxslər məsuliyyətsiz addımları da yığışdırmalıdır. Azərbaycanın onun təklifini geri çevirməsi onu göstərdi ki, Azərbaycan özünə hörmət edən, özünün milli dövlətçilik ənənəsi olan dövlət, eləcə də qüruru olan bir xalqdır və heç bir halda bu cür məsələlərdə milli maraqlarını güzəştə gedə bilməz. Hər hansı bir əyalət rəhbərinin "mərhəmət" şousunu qəbul edə bilməz. Bizim gözləntimiz Kadırovdan deyil, Rusiya Federasiyasının və Rusiya Federasiyasının rəhbərliyindən və aidiyyatı qurumlarındandır ki, məsələyə münasibət bildirsin".

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri