Nizami Gəncəvi İrəvanda İran şairi kimi təqdim olundu
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy məsciddə bu dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında fars və erməni dillərində hazırlanmış “Xosrov” tamaşası səhnəyə qoyulub.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, tamaşa İranın “Təndis” İncəsənət Qrupu tərəfindən təşkil edilib və İranın Ermənistandakı Mədəniyyət Mərkəzi tərəfindən 10 gün ərzində daha bir neçə şəhərdə nümayiş etdirilib.
İzləyici olaraq Ermənistanda yaşayan iranlıların iştirakı ilə səhnəyə qoyulan “Xosrov” tamaşası “İran mədəni kimliyinin bir hissəsi” kimi təqdim edilib.
İranın İrəvandakı mədəniyyət ataşesi Məhəmməd Əsədi Movəhhed bu addımı iki ölkə arasında mədəni əlaqələrin inkişafında təsirli hesab edib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















