Icma.az
close
up
RU
Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri Daşkənddə beynəlxalq konfrans

Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri Daşkənddə beynəlxalq konfrans

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Özbəkistan Milli Pedaqoji Universitetində baş tutan konfransda hər iki ölkədən ictimai xadimlər, parlament nümayəndələri, tanınmış alimlər və tələbələr iştirak ediblər. Tədbiri açan universitetin rektoru Hilola Umarova bildirib ki, Nizami Gəncəvi və Əlişir Nəvai irsi qardaş xalqların ümumi sərvəti olmaqla ədəbi dialoqun etibarlı əsasını təşkil edir. O, universitetin türkologiyanın inkişafına, eləcə də Azərbaycan elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırdığını deyib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycanın klassik ədəbi irsinin qardaş Özbəkistanda böyük maraqla qarşılandığını bildirib, bu ölkədə Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığına xüsusi maraq olduğunu vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru akademik Rafael Hüseynov Nizami Gəncəvinin adını daşıyan universitetdə təhsil alan 20 minə yaxın tələbənin sabahın güclü Özbəkistanını, güclü Türk dünyasını daha da qüvvətləndirən kadrlar olacağına əminliyini ifadə edib. O, gələcəkdə Özbəkistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm dayaqlardan birinin bu universitet olacağına inamını bildirib.

Akademik Rafael Hüseynov qeyd edib ki, təxminən XI əsrdən başlayaraq XVIII əsrə qədər Nizami təxəllüsü ilə şeirlər yazan bir çox şairlər olub. Elə Nizami dövründə Nizami Əruzi Səmərqəndi var idi, XIII–XIV əsrlərdə də Nizami təxəllüslü şairlər az olmayıb. Lakin bütün bu şairlərin arasında Nizami Gəncəvi hamısından yüksəkdə dayanır və Nizami adının yanında həmişə onun nisbəsi, doğulub boya-başa çatdığı şəhərin adı - “Gəncəvi” kəlməsi olub. Alim vurğulayıb ki, Nizami Gəncəvinin irsinin və adının düzgün şəkildə təqdim olunması, eləcə də bu universitetin ünvanında tam halda göstərilməsi vacibdir.

Daha sonra akademik Rafael Hüseynov “Şərq ədəbiyyatında "Xəmsə" ənənəsi və Nizami-Nəvai səsləşmələri” mövzusunda məruzə ilə çıxış edib. O, Nizami Gəncəvinin yaratdığı xəmsəçilik məktəbindən bəhs edərək Nəvainin türkcə dahi gəncəlinin beşliyinə ilk bütöv cavab yazan şair olmasından danışıb, iki qüdrətli şairin yaradıcılığındakı kəsişmə nöqtələri üzərində dayanıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai, türk mədəniyyəti məkanında yalnız mövcud olmamış, eyni zamanda, bu məkanı formalaşdırmış böyük şəxsiyyətlərdir. Onun sözlərinə görə, Nizami Gəncəvinin əsərləri dil baxımından fərqli olsa da, onun düşüncə tərzi və yaradıcılığı türk mədəniyyətinin dərin izlərini daşıyır və bu irs Türk dünyasının ortaq mənəvi sərvəti kimi qiymətləndirilməlidir.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində fəlsəfi-humanist ideyalar sistemi” mövzusunda təqdimatla çıxış edərək hər iki mütəfəkkirin yaradıcılığında insan, ədalət və mənəvi dəyərlərin əsas yer tutduğunu qeyd edib. Bildirib ki, bu irs müasir dövrdə də aktual olaraq qalmaqda davam edir və elmi baxımdan geniş şəkildə araşdırılmalıdır.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu cür konfransların təşkilinin Azərbaycan ilə Özbəkistan arasında ədəbi və elmi əlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. Qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilərin irsinin birgə şəkildə araşdırılması Türk dünyasında ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.

Konfrans çərçivəsində Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun bölmə müdiri filologiya elmləri namizədi Salimaxon Eşonova “Xəmsə”nin banisi Nizami Gəncəvinin Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundakı əsərləri”, Özbəkistan Milli Pedaqoji Universitetinin professoru filologiya elmləri doktoru İbrahim Yoldaşev “Nizami Gəncəvi və Əlişir Nəvai: ustad-şagird ənənələri”, universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mubara Omonova isə “Nizami Gəncəvi irsinin Əlişir Nəvai yaradıcılığına təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri