“Nizami” metrosunda sərnişinlər qatardan niyə düşürülüb? RƏSMİ AÇIQLAMA VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün saat 16:00 radələrində Bakı Metropolitenində sərnişinlərin narazılığı ilə nəticələnən hal yaşanıb.
Avtosfer.az xəbər verir ki, “Dərnəgül” istiqamətində hərəkət edən qatar Nizami metrostansiyasına çatanda bütün sərnişinlər vaqonu tərk etməli olublar.
Sərnişinlərin sözlərinə görə qatar stansiyada saxlanıldıqdan sonra sərnişinlər vaqonlardan düşürülüb və digər qatarla yollarına davam etməli olublar.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-yə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın qapılarından birinə kənar müdaxilə səbəbindən metropolitenin normativ tələblərinə uyğun olaraq, "Nizami" stansiyasında sərnişinlər düşürülüb. Hərəkətə sərnişinsiz davam edən qatarın qapılarına mənzil yolunda, eləcə də “Memar Əcəmi” stansiyasının dalan yolunda baxış keçirilib. Problem müəyyən olunmadığı üçün qatar xətdə saxlanılaraq yenidən sərnişindaşıma prosesinə cəlb edilib.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















