Icma.az
close
up
RU
Nizami rayonunda ali məktəblərə yüksək nəticələrlə qəbul olunmuş gənclərlə görüş keçirilib

Nizami rayonunda ali məktəblərə yüksək nəticələrlə qəbul olunmuş gənclərlə görüş keçirilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2024/2025-ci tədris ilində Nizami rayon məktəbləri üzrə ən yüksək nəticələri göstərərək ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məşhur “91-lər”in üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi - Nizami rayonu üzrə kurator Gülnar Qədirova, Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digərləri çıxış edərək gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib, şəxsi həyatlarında və təhsildə daha böyük uğurlar arzu ediblər.
Bildirilib ki, Nizami rayon məktəblərinin şagirdlərindən 54 nəfəri ali məktəblərə qəbul imtahanlarında 650 baldan yüksək nəticələr göstəriblər. Eyni zamanda, cari ildə respublikada IV qrup üzrə 2 nəfər 700 bal toplayıb ki, onlardan biri də Nizami rayonunu təmsil edir.
Qeyd olunub ki, respublikamızın hər yerində ölkə rəhbərliyinin təşəbbüsü ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının möhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir. Diqqətə çatdırılıb ki, aparılan islahatların kökündə insan amili dayanır və bu kontekstdə güclü kadrlara olan tələbat bir zərurətə çevrilib.
Görüşdə iştirak edən tələbələr, onların valideynləri öz növbəsində Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonra yüksək bal toplayan tələbələrə və onların təmsil olunduğu məktəblərin rəhbərlərinə hədiyyələr təqdim edilib, yubileyi olan ərazi partiya təşkilatı fəalları təltif olunublar.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri