Icma.az
close
up
RU
Nizami RİHdən 8ci kilometr bazarı ilə bağlı açıqlama: Həmin şəxslərə güzəştlər ediləcək

Nizami RİHdən 8ci kilometr bazarı ilə bağlı açıqlama: Həmin şəxslərə güzəştlər ediləcək

Bakının məşhur bazarlarından biri olan "8-ci kilometr bazarı"nın ətrafında, Nizami rayonu? Naxçıvanski küçəsi boyunca qanunsuz aparılan ticarətə qadağa qoyulması ilə bağlı narazılıqlar davam edir. 

Pravda.az xəbər verir ki, sözügedən ərazidə anti-sanitar vəziyyət yaradan satış yerlərinin yığışdırılması bir tərəfdən müsbət addım olsa da, pərakəndə satışla məşğul olan satıcıların çoxu işsiz qalmalarından şikayətlənirlər. 

Nizami Rayo İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Cavid Qafarov məsələnin aqibətinin necə olacağı barədə Pravda.az-ın suallarını cavablandırıb. 

RİH nümayəndəsi bildirib ki, ərazidə və "8-ci kilometr bazarı"nın ətrafında küçə ticarəti ilə məşğul olan şəxslərin hər birinə bazar daxilində yerlər təklif olunub: “Təkliflə razılaşanlar da var, etiraz edənlər, narazılıqlarını bildirənlər də var. Faktiki olaraq onlara deyilib ki, xidmətinizi davam etdirmək istəyirsinizsə, yaxın ərazidə olan bazarlarda yerlə təmin ediləcəksiniz, sizə müəyyən güzəştlər ediləcək, bir neçə aylıq ödənişdən azad olunacaqsınız”. 

Aytəkin Qardaşova

seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri