Icma.az
close
up
RU
Nizamsız yuxu xərçəng riskini artırır Mütəxəssis tövsiyələri

Nizamsız yuxu xərçəng riskini artırır Mütəxəssis tövsiyələri

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Yuxusuzluq immun sisteminə mənfi təsir edir".
Bunu türkiyəli tibbi onkoloq Dr. Nərgiz Məcidova deyib.
"Xroniki yuxusuzluq immun sistemini zəiflədərək orqanizmi infeksiyalara və xəstəliklərə qarşı müdafiəsiz duruma salır. İmmunitet sistemi xərçəng hüceyrələrini tanıyıb məhv etmə qabiliyyətinə malikdir. Bu səbəbdən yuxu çatışmazlığı həmin mexanizmə zərər verə bilər. Xüsusilə nizamsız yuxu saatlarına malik şəxslər xərçəng riskinə qarşı daha diqqətli olmalıdırlar", deyə həkim bildirib.
Dr. Məcidova qeyd edib ki, yuxu yalnız istirahət prosesi deyil, eyni zamanda immuniteti gücləndirən və xəstəliklərlə mübarizədə həlledici rol oynayan vacib bioloji prosesdir. Onun sözlərinə görə, yuxu rejiminin pozulması xərçəng xəstəliklərinin yaranmasında mühüm risk faktoru ola bilər.
Elmi araşdırmalara əsaslanan açıqlamada, gecə növbəsində çalışan insanlarda xərçəng riskinin daha yüksək olduğuna diqqət çəkən Dr. Məcidova bildirib:
"Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC), uzunmüddətli gecə növbəsi işini "ehtimal edilən kanserogen" olaraq təsnif edir. Bu riskin əsas səbəbi isə bioloji saatın pozulması və melatonin hormonunun azalmasıdır. Buna görə də yuxu rejimi nizamsız olan şəxslər daha ehtiyatlı olmalıdırlar".
Melatoninin bədəndəki funksiyalarını izah edən Dr. Məcidova əlavə edib:
"Melatonin - bədənin təbii şəkildə ifraz etdiyi və yuxu rejimini tənzimləməklə yanaşı, güclü antioksidant kimi çıxış edən hormondur. O, hüceyrələri sərbəst radikallardan qoruyaraq DNT zədələnməsinin qarşısını ala bilər. Melatonin çatışmazlığı isə bədxassəli hüceyrələrin böyüməsini sürətləndirə bilər".
Dr. Məcidova yuxusuzluğun immun sisteminə təsirini də vurğulayıb:
"Xroniki yuxusuzluq, immun sistemini zəiflədir və bu, orqanizmi infeksiyalara və xərçəng kimi xəstəliklərə qarşı həssas hala gətirir. İmmunitet sistemi xərçəng hüceyrələrini aşkarlayıb məhv edə bildiyi üçün yuxu çatışmazlığı bu funksiyanı zəiflədə bilər".
Dr. Nərgiz Məcidova sağlam və keyfiyyətli yuxu üçün aşağıdakı tövsiyələri verir:
Nizami yuxu saatları: Hər gün eyni saatda yatıb qalxmaq bioloji saatın tənzimlənməsinə kömək edir.
Qaranlıq mühit: Melatonin ifrazını artırmaq üçün yataq otağınız tam qaranlıq olmalıdır.
Ekranlardan uzaq durun: Mavi işıq melatoninin ifrazını azaltdığı üçün yatmazdan ən az bir saat əvvəl telefon, planşet və kompüterdən istifadəni məhdudlaşdırın.
Qidalanmaya diqqət yetirin: Kofein və ağır yeməklərdən uzaq duraraq yuxu keyfiyyətini artıra bilərsiniz.
Yuxunun ümumi sağlamlıq üçün vacibliyini bir daha xatırladan Dr. Məcidova qeyd edib:
"Sağlam bir yuxu rejimi yalnız enerjili hiss etmək üçün deyil, xərçəng kimi ağır xəstəliklərə qarşı qoruyucu sipər funksiyası daşıyır. Alimlər yuxu ilə xərçəng arasında olan əlaqəni araşdırmağa davam edir. Bu səbəbdən, hər bir insan yuxu keyfiyyətinə ciddi yanaşmalıdır". (Qaynarinfo)
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri