Icma.az
close
up
RU
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib

Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib

2025-ci il üzrə Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, mərasim Norveçin paytaxtında yerləşən “Oslo City Hall”da təşkil olunub.

Mükafatın builki laureatı – Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisi Maria Korina Maçado təqdimat mərasimində iştirak etmədiyindən mükafat onun qızı Anna Korina Maçadoya təqdim edilib.

Qeyd edək ki, Norveç Nobel Komitəsi oktyabrın 10-da Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.

O, bu mükafata niyə layiq görülüb?

O, bu mükafata "Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə" görə layiq görülüb.

Maria Korina Maçado kimdir?

Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisidir. O, 7 oktyabr 1967-ci ildə Karakasda anadan olub. Maçado liberal-demokrat dəyərləri müdafiə edir və uzun illərdir Venesuelada rejimə qarşı mübarizə aparan əsas simalardan biridir. O, “Vente Venezuela” adlı müxalif siyasi hərəkatın qurucusu və lideridir. 2014-cü ildə prezident Nikolas Maduro hökumətinə qarşı etirazlara görə parlament mandatı əlindən alınıb. Maçado beynəlxalq aləmdə demokratiya və insan haqları uğrunda mübarizənin simvolu kimi tanınır.

2024-cü ildə Nobel Sülh mükafatı hansı təşkilata verilib?

Qeyd edək ki, Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib. Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur. Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.

Nobel mükafatı hər il Alfred Nobelin anım günündə laureatlara təqdim edilir

Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri