Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Normadan artıq aktivlik nədən xəbər verir

Normadan artıq aktivlik nədən xəbər verir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Hiperaktivlik şəxsin normaldan daha yüksək dərəcədə aktiv olduğu, bu aktivliyin sosial və gündəlik həyatına təsir etdiyi bir vəziyyətdir. Bu, çox zaman diqqət əskikliyi və impulsivliklə birlikdə olan bir davranış problemini ifadə edir. Hiperaktivlik daha çox uşaqlar arasında müşahidə olunur, lakin böyüklərdə də bu vəziyyət ola bilər. Ən çox diaqnoz edilən narahatlıq pozğunluqlarından biri olan Hiperaktivlik və Diqqət Əksikliyi Pozğunluğu (HDAE) ilə əlaqələndirilir. Bu vəziyyətin səbəbləri tam olaraq bilinməsə də, genetik, ətraf mühit və beyin kimyası ilə bağlı bir sıra amillərin rol oynadığı düşünülür. Hiperaktivlik insanların gündəlik həyatlarını əngəlləyəcək şəkildə yüksək dərəcədə aktiv və impulsiv olmaları ilə xarakterizə olunur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, bu vəziyyətin əsas əlamətləri arasında daimi hərəkətlilik, diqqətin asanlıqla yayılması, ətrafdakı insanları narahat etmə və ya impulsiv qərarlar vermək yer alır. Uşaqlarda hiperaktivlik normaldan çox hərəkətlilik və otura bilməmək kimi davranışlarla özünü göstərir. Bu uşaqların çoxu oturduqları yerdə hər zaman hərəkət edər, davamlı olaraq danışar və digər insanlarla ünsiyyət qurarkən ya da oyun oynayarkən ətraflarını çox narahat edərlər. Böyüklərdə isə hiperaktivlik daha çox daxili gərginlik və həmişə bir şeylər etmək ehtiyacı ilə təzahür edir. Bu insanlar bəzən qeyri-ixtiyari şəkildə hərəkət edər, çox danışarlar və ya hərəkət etmək üçün daim bir səbəb axtararlar.

Y.Əsgərova həmçinin qeyd edib ki, bu simptomlar, həmçinin stres və ya narahatlıq hissi ilə artmış ola bilər. Hiperaktivliyin digər bir əlaməti isə impulsiv davranışdır. İmpulsivlik ani qərarlar vermək və nəticələri düşünmədən hərəkət etmək deməkdir. Bəs hiperakrivliyin səbəbi nədir? Hiperaktivlik və onunla əlaqəli pozğunluqların səbəbləri tam olaraq bilinmir, lakin bir çox fərqli faktorun təsiri altında inkişaf etdiyi düşünülür. Genetik faktorlar, beyindəki kimyəvi balanslar və ətraf mühit amilləri bu vəziyyətin inkişafına təsir göstərə bilər: "Bir çox araşdırma hiperaktivlik problemi olan şəxslərin beynində dopamin və norepinefrin kimi kimyəvi maddələrin səviyyəsinin normaldan aşağı olduğunu göstərir. Bu maddələr diqqət, motivasiya və impulsların idarə edilməsində əsas rol oynayır. Genetik faktorlar da hiperaktivlikdə əhəmiyyətli rol oynayır. Araşdırmalar əgər valideynlərdən birində hiperaktivlik varsa, uşaqların da bu vəziyyəti yaşama ehtimalının daha yüksək olduğunu göstərir. Əlavə olaraq, körpəlik dövründə yaşanan zədələr, infeksiyalar və ya qeyri-sağlam həyat tərzi də bu vəziyyətin inkişafını təşviq edə bilər. Hiperaktivliyin ətraf mühit faktorları ilə də əlaqəsi olduğu düşünülür. Misal üçün, erkən yaşda yaşanan psixoloji stres və ya qeyri-sağlam ailə mühiti bu vəziyyətin ortaya çıxmasına səbəb ola bilər”.

Psixoloq onu da qeyd edib ki, hiperaktivliklə mübarizə etmək üçün bir neçə müalicə üsulu mövcuddur: “Birinci addım olaraq, diaqnoz qoyulmalı və vəziyyətin növü dəqiqləşdirilməlidir. Müalicə üsulları arasında dərmanlar və terapiya yer alır. Dərmanlar, xüsusən də stimulyatorlar beyin kimyasını tənzimləyərək diqqəti artırmağa və impulsları azaltmağa kömək edir. Eyni zamanda, davranış terapiyası da hiperaktivliklə mübarizə edən şəxslər üçün faydalı ola bilər. Bu terapiya uşaqlara və böyüklərə davranışlarını daha yaxşı idarə etməyi öyrədir. Müalicə planı, şəxsin yaşına, vəziyyətin ciddiliyinə və digər faktorlarına əsasən fərdiləşdirilməlidir. Eyni zamanda, həyat tərzi dəyişiklikləri və valideynlərə verilən təlimatlar da çox vacibdir. Ailənin dəstəyini və başqalarının anlayışını təmin etmək, hiperaktivliklə mübarizə edən şəxslərin gündəlik həyatlarını daha asanlaşdırır. Hiperaktivliklə bağlı təhsil və məlumatlandırma da bu şəxslərin cəmiyyətə daha yaxşı inteqrasiya olmasına kömək edir", – deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri