Icma.az
close
up
RU
Normal uşağın boyu ildə nə qədər artmalıdır?

Normal uşağın boyu ildə nə qədər artmalıdır?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belə ki, cırtdanboyluqla əlaqədar müraciətlərin sayı digər illərə nisbətən artıb. Bu patologiyaya keçid dövründə daha çox rast gəlinir. Valideynlər uşağın yeniyetmə dövründə boy atacağını gözləyir. Bu baş vermədikdə isə həyəcanlanmağa səbəb yaranır və çox hallarda müdaxilə etmək üçün artıq gec olur. Belə ki, bu uşaqları müayinə etdikdə onların böyümə zonalarının artıq tam bağlı və yaxud məhdud olduğu müşahidə edilir. Belə olduqda heç bir dərman preparatı kömək etmir.

"Ölkə.Az" Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi İlisur Novruzov bildirib.

Həkim deyib: "Akselerasiyaya nəzərən son 200 ili müqayisə etdikdə insanların orta boy həddinin təxmini 20 santimetr artdığını görmək mümkündür. Əgər o zamanlar orta boy həddi 150-160 santimetr arası idisə, hazırda bu rəqəm 170-180 sm təşkil edir.

Boyun tez artması cinsi inkişafın tez başlaması deməkdir ki, bu da hazırda uşaqların böyük bir əksəriyyətində müşahidə edilir. Keçid dövrünə erkən girən uşaqların böyümə zonaları da tez bağlanır. Misal üçün əgər əvvəllər qızlarda keçid dövrü 13-15 yaş arası başlayırdısa, hazırda bu hal orta hesabla 9-11 yaşda qeydə alınır. Bu da o deməkdir ki, belə uşaqların boy artımına daha çox diqqət yetirmək və hər hansı bir şübhə yarandıqda yubanmadan həkimə müraciət etmək lazımdır.
Bunun üçün ilk olaraq uşağın müayinədən keçərək bioloji yaşı müəyyən edilir. Belə ki, fiziki inkişaf bioloji yaşdan asılıdır. Böyümə zonalarından asılı olaraq uşaqlarda cırtdanboyluqla yanaşı, boyun həddindən artıq ucalığı da görülə bilir.
Misal üçün əgər uşağın bioloji yaşı fiziki yaşından çoxdursa və boy bioloji yaşa uyğundursa (həmyaşıdlarına nisbətən daha ucaboy) bu patologiya deyil. Bu uşağın digərlərinə nisbətən daha tez inkişaf etdiyini göstərir. Yaxud, bioloji yaş fiziki yaşdan azdırsa və boyu fiziki yaşla uyğundursa bu uşağın digərlərinə nisbətən daha gec yetişdiyini göstərir ki, bu zaman da həyəcanlanmağa bir səbəb yoxdur. Bu uşağın daha gec inkişaf etdiyini göstərir. Lakin bioloji yaş fiziki yaşla üst-üstə düşdüyü halda boy hər iki yaşa nisbətən azdırsa bu artıq uşağın boyunun gələcəkdə qısa olacağını göstərir.

Bioloji yaşın müəyyən edilməsinə gəldikdə isə, bu çox sadə üsulla yoxlanılır və valideynlərin müayinədən qorxmalarına bir səbəb yoxdur. Bu ilk olaraq biləklərin rentgenoqramasıdır ki, orada hər bir dəyişikliyi tam və açıq gömək mümkündür.

Ümumiyyətlə, onu demək istərdim ki, uşağın normadan daha zəif inkişaf etdiyi müşahidə edildikdə onun həkim-endokrinoloqun müayinəsindən keçməsi vacibdir. Bundan əlavə, keçid dövründə olan uşaqlarda boy və çəkiyə nəzarət edilməlidir. Normal uşaq ildə beş-altı santimetr artmalıdır. Ümumiyyətlə, uşaqlar ömürlərinin orta hesabla ilk ilində 24 santimetr, bir-iki yaş arası 12-13 santimetr, üçüncü il 8-9 santimetr və dörd-beş yaşdan yeniyetmə dövrədək ildə beş-altı santimetr artmalıdır. Keçid dövründə artıq kəskin boy artımı başlayır ki, bu zaman normal inkişaf edən uşağın boyu ildə orta hesabla 12-15 santimetr artır. Lakin onu da qeyd etməliyəm ki, burada genetik faktorlar da nəzərə alınmalıdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri