“Norse Atlantic Airways” aviaşirkətinin təyyarəsi Bakı Aeroportuna təcili eniş edib
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
APA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib.
Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib
Baxış sayı:40
Mənbə:https://apa.az
heydər əliyev
07 55
787 təyyarəsi
aeroportu yanacaq
aeroportuna eniş
aeroportuna təcili
aeroportunun mətbuat
atlantic airways
aviaşirkətinin brno
bakı aeroportuna
boeing 787
brno phuket