Norse Atlantic Airways” aviaşirkətinin təyyarəsi Bakı Aeroportuna təcili eniş edib
Operativmedia saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib.
Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.

“Norse Atlantic Airways” aviaşirkətinin təyyarəsi Bakı Aeroportuna təcili eniş edib
15 Noyabr 2024 08:51
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib
22 Noyabr 2024 07:51
“Lufthansa”nın təyyarəsi Bakı Aeroportuna təcili eniş edib
22 Noyabr 2024 09:41
Norveç təyyarəsi Bakı Aeroportuna təcili eniş etdi
15 Noyabr 2024 08:51
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
22 Noyabr 2024 07:56

