Icma.az
close
up
RU
Norveç nəşrində Cənubi Qafqazda sülh prosesi ilə bağlı məqalə dərc edilib

Norveç nəşrində Cənubi Qafqazda sülh prosesi ilə bağlı məqalə dərc edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Stokholm, 23 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

Norveçin “Utrop” nəşrində Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Cənubi Qafqazda sülh prosesinə həsr olunmuş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, diplomat məqalədə norveçli yazıçı Terye Holmedalin təxminən iyirmi il əvvəl yazdığı “Mən bacaracağam” kitabına istinad edir. Kitabda Birinci Qarabağ müharibəsi zamanı evini tərk etməyə məcbur olan və təhsil almaq imkanından məhrum olan cəbrayıllı Lalə adlı qız haqqında bəhs edilir.

Z.Əhmədov yazır ki, bu gün Lalə və bir çox digər azərbaycanlı məcburi köçkünlər nəhayət ki, onilliklər ərzində xarabalığa çevrilmiş doğma kəndlərinə qayıtmaq şansı əldə ediblər. Sakinlərin qayıdışı ilə kəndlərdə həyat canlanır, uzun müddət qeyri-sabitlik yuvası sayılan region isə sülhün ümid məkanına çevrilir.

Məqalədə bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş tarixi sazişə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərdə yeni dövr açan Birgə Bəyannamə imzalayıblar.

Razılaşmaların əsas bəndi nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən Naxçıvanla birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) (Trump Route for International Peace and Prosperity) (TRIPP) layihəsinin açılması olub. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təşəbbüsünün mühüm həlqəsinə çevriləcək.

Səfirin fikrincə, Cənubi Qafqazda sabitlik təkcə region ölkələrinə deyil, həm də Avropaya, o cümlədən Norveçə də fayda gətirəcək. Skandinaviya ölkələri inteqrasiya və sülhməramlı təcrübələri ilə etimadın möhkəmlənməsinə və əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər.

Sonda diplomat vurğulayır ki, Lalənin hekayəsi sülh prosesinin insani ölçüsünü xatırladır: hər bir razılaşmanın arxasında Vətənə qayıtmaq və yeni həyata başlamaq arzusunda olan insanlar dayanır.

“Cənubi Qafqaz üçün bu, yeni başlanğıcdır. Norveç üçün bu, növbəti fəslin yazılmasında kömək etmək dəvətidir”, - deyə müəllif sonda qeyd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri