Icma.az
close
up
RU
Danimarka nəşrində Cənubi Qafqazda sülh irəliləyişi barədə məqalə dərc olunub

Danimarka nəşrində Cənubi Qafqazda sülh irəliləyişi barədə məqalə dərc olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Stokholm, 2 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Danimarkanın “POV International” nəşrində Azərbaycanın İsveç, Danimarka, Finlandiya və Norveçdəki səfiri Zaur Əhmədovun Cənubi Qafqazda sülh irəliləyişi barədə məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, diplomat 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin tarixi əhəmiyyətini vurğulayıb. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin Vaşinqton görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Z.Əhmədovun sözlərinə görə, Vaşinqton görüşü yeni siyasi reallığa yol açıb. Tərəflər hərtərəfli sülh sazişinin imzalanmasına və ratifikasiyasına hazır olduqlarını təsdiq ediblər ki, bu da Ermənistanın konstitusiyasına dəyişiklik etməsini və ərazi iddialarından imtina etməsini tələb edəcək. Bundan əlavə, aktuallığını itirdiyi üçün ATƏT-in Minsk prosesinin bağlanması barədə qərar qəbul olunub.

Ən mühüm nəticələrdən biri nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun (TRIPP) yaradılması barədə razılaşma olub. Marşrut Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək. Orta Dəhlizin bir hissəsi olan bu layihə Qafqazı Türkiyə, Avropa və Avrasiya ilə birləşdirmək, ticarəti gücləndirmək və sərhədin hər iki tərəfində yeni iş yerləri yaratmaq potensialına malikdir.

Azərbaycan səfiri qeyd edib ki, “Maersk” də daxil olmaqla, Danimarka və Avropanın iri şirkətləri artıq yeni marşruta maraq göstərirlər. Onun sözlərinə görə, bu layihə həm də Danimarkanın Avropa İttifaqına sədrliyi və qarşıda gələn Kopenhagendə keçiriləcək “European Political Community” (Avropa Siyasi Birliyi) sammiti üçün xüsusi əhəmiyyət daşıyır.

“Sabit və sülh şəraitində olan Cənubi Qafqaz şübhəsiz ki, Avropa İttifaqının şərq qonşuluğunu gücləndirəcək”, – deyə diplomat yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri