Norveçli Toralın qolunu Premyer Liqada vurulmuş bir qola bənzədib VİDEO İdman və Biz
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Tanınmış norveçli jurnalist Ole Kristian Ström İdman.biz üçün özəl olaraq “Qarabağ”ın “Bode-Qlimt”ə 2:1 hesabı ilə qalib gəldiyi oyunla bağlı fikirlərini bölüşüb. VG nəşrinin əməkdaşı Toralın qolunu vaxtilə Premyer Liqada vurulmuş bir qola bənzədib:
“Bayramovun hesabı 0:1 edən qolu gözəl idi. Bododa hava çox pis olsa da, Bayramov güclü küləkdən istifadə etdi. Çox əla alındı! Demək olar ki, Metyu Taylorun “Portsmut”un heyətində 2005-ci ildə “Sanderlend”ə vurduğu qola oxşatdım”.
Norveçli idman yazarı Azərbaycan çempionunun bəxtinin gətirdiyini də vurğulayıb: "Qarabağ"ın bəxti gətirdi ki, 40 dəqiqəyə kimi qol buraxmadı. “Qarabağ” Norveç qışı və süni meydanla bağlı çətin şəraitə baxmyaraq, yüksək ustalıq nümayiş etdirdi və taktiki cəhətdən çox yaxşı oynadı. Abdullah Zubirin vurduğu ikinci qol da baxımlı idi”.
Ström “Qarabağ”ın müdafiədəki inamlı oyununu da qeyd edib: “Bodo-Qlimt” böyük təzyiq göstərsə də, “Qarabağ” çox yaxşı müdafiə olundu, xüsusən də Kevin Medina. Hücumda çox yaxşı komanda olan “Bodo-Qlimt” qarşı müdafiə olunmaq asan deyil. “Qarabağ”ın bəxti gətirsə də, Norveçin şimalında çox samballı oyun keçirdi. Leandro Andrade də meydana daxil olandan çox çalışdı və qələbəyə öz töhfəsini verdi”.
Qeyd edək ki, Norveç mətbuatında “Qarabağ”ın qələbəsi ilə bağlı yazılar “Qlimt üçün soyuq duş”, “Gözlənilməz məğlubiyyət” kimi başlıqlarla dərc olunub.
Rasim
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 08 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















