Nostradamus 2026 cı il üçün elə şeylər dedi ki... Böyük bir arı sürüsü
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Dünyaca məşhur Fransız astroloq və kahin Nostradamusun 1555-ci ildə nəşr olunmuş “Les Prophéties” (“Kəhanətlər”) əsərinə 2026-cı il üçün verdiyi proqnozlar açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Nostradamusun bu il üçün proqnozları, əsasən, siyasi böhranlar, münaqişələr və texnoloji risklərdən bəhs edir.
“Böyük bir adam gündüz vaxtı bir ildırım zərbəsi ilə düşəcək”.
Bəzi mütəxəssislər bunu dünya liderlərinə və ya tanınmış şəxsiyyətlərə yönəlmiş sui-qəsd kimi qiymətləndirir. Digərləri isə ildırım sözünü müasir texnologiyaya, məsələn, lazer silahları və dron hücumları ilə əlaqələndirir.
“Yeddi ay davam edən böyük müharibə, insanlar pislikdən öldü”.
Ekspertlər hesab edirlər ki, bu hazırkı münaqişələrin daha da genişlənə biləcəyini, hətta III Dünya müharibəsi təhlükəsini gündəmə gətirir. Xüsusilə Fransanın Ruan və Evre şəhərlərinin adı potensial qarşıdurmaların Avropaya da sirayət edə biləcəyinə işarə kimi şərh olunur.
“Haradan gəldiyi məlum olmayan böyük bir arı sürüsü”.
Kahinin bu proqnozu ekoloji fəlakət və ya istila ilə əlaqələndirilir. Lakin müasir təhlillərdə bu ifadə, əsasən, müharibələrdə istifadə olunan dron sürüləri ilə müqayisə olunur.
“Mars ulduzlar arasındakı yoluna hökm edərkən şərqdə üç od qalxacaq, qərb səssizcə işığını itirəcək”.
Mars müharibənin simvoludur. Bu da Asiya mərkəzli üç böyük qarşıdurmanı nəzərdə tutur, həmçinin Qərb ölkələrinin siyasi və ya iqtisadi güc itirəcəyi kimi şərh edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Yanvar 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















