Icma.az
close
up
RU
Növbə suyun tarifinə çatdı: Əhalini növbəti minnətli qiymət artımı gözləyir

Növbə suyun tarifinə çatdı: Əhalini növbəti minnətli qiymət artımı gözləyir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarlı günlərin sınağından əksər dövlət qurumları yaxşı çıxmadı. Yolların təmizlənməməsi, ictimai nəqliyyatın yaxşı işləməməsi əhaliyə çox çətinlik yaratdı. Üstəlik, ayrı-ayrı yerlərdə işıqlar sönür, insanlar istiliksiz, bir çox hallarda hətta susuz qalırdı.

Bizimyol.info xəbər verir ki, su ilə bağlı şikaylətlər səngiməmiş qiymət artımı müzakirəyə çıxarılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov tariflərin xərcləri ödəmədiyini bildirib. O, bir kubmetr suyun istehlakçıya çatdırılmasının 1 manat 91 qəpiyə başa gəldiyini deyib. Yəni indi 70 qəpik olan tarifin azı 2,7 dəfə ucuz olduğunu iddia edib.

Axırıncı dəfə suyun qiyməti 2021-ci ilin yanvarında dəyişmişdi. Onda qiymətlər iki dəfə artırılmışdı. Qərara alınmışdı ki, bir kubmetr su təchizatının tarifi 70, tullantı sularının axıdılması xidmətinin tarifi isə 30 qəpik səviyyəsində təsdiq olunsun.

Dörd il əvvəl ictimaiyyət qiymət artımını narazılıqla qarşılamışdı. Çünki pandemiya günləri idi, insanlar çətin sosial-iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. Zamanla başqa sahələrdə də bahalaşma müşahidə edildi. Elə indi də əhali bahalaşmaya hazır deyil. Real gəlirlər azalır, kommunal xidmətlərin dəyəri isə bir-birinin ardınca artırılır.

Daha dövlət qurumlarının iddialarına da inanmaq olmur. 2024-cü ilin iyulunda metroda gedişhaqqı artırılmışdı. “Bakı Metropoliteni” hətta artımdan sonra da ictimaiyyətə minnət qoyurdu. Deyirdilər ki, sərnişindaşımanın maya dəyiri artıb, hətta 50 qəpik də yetərli deyil. Bir müddət əvvəl məlum oldu ki, tərsinə imiş, əksinə, metroda gediş daha ucuz başa gəlirmiş. Hesablama Palatasının audit yoxlamaları yeyintini ortaya çıxarmışdı. Yəni xərclər xeyli şişirdilibmiş.

İndi su təsərrüfatının funksionerlərindən oxşar minnət eşidirik. Belə görünür ki, qiymət artımına hazırlıq gedir. Əhaliyə daha bir zərbə hazırlanır. Halbuki məhz su təsərrüfatında bu addımı atmaq böyük ədalətsizlikdir. Çünki insanlara xeyli aşağı xidmət təqdim olunur, ən çox şikayət olunan istiqamətlərdən birində bahalaşma anonsu vermək heç bir məntiqə sığmır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Fevral 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri