Icma.az
close
up
RU
Növbədə Livandır XƏBƏRDARLIQ

Növbədə Livandır XƏBƏRDARLIQ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşq ətrafına və bir sıra strateji hərbi obyektlərə endirdiyi son zərbələr regiondakı geosiyasi vəziyyəti yenidən diqqət mərkəzinə gətirib. Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada formalaşan yeni siyasi reallıqlar və keçid hökumətinin addımları fonunda baş verən bu hücumlar müxtəlif regional aktorların maraqlarının toqquşması kimi dəyərləndirilir.   

Mövzu ilə bağlı politoloq Tural İrfanBakıvaxtı.az-a açıqlamasında İsrailin Dəməşqə zərbələrinin arxasında duran səbəbləri və bölgədə yaranan yeni güc balansını şərh edib.

Tural İrfan: Zərbələr genişmiqyaslı İsrail-Suriya müharibəsinin başlanğıcı deyil

Ekspertin sözlərinə görə, Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada yaranan yeni idarəçilik fonunda endirilən bu zərbələr artıq yalnız “İran təsirini azaltmaq” strategiyası ilə məhdudlaşmır. Proses İsrail və Türkiyə arasında gizli və ya açıq strateji rəqabətin göstəricisidir:

“İsrail Türkiyənin bölgədə yürütdüyü sülh siyasətindən narahatdır. Qonşu ölkələrin bərpasını "Böyük İsrail' planının həyata keçirilməsinə maneə kimi görür və gələcəkdə bu əraziləri tamamilə işğal etməyi nəzərdə tutur. Əhməd əş-Şəraa rəhbərliyindəki yeni keçid hökumətinin Türkiyə ilə hərbi yaxınlaşması, xüsusən SDQ-nin ləğv edilərək Məzlum Abdinin prezidentə müşavir təyin olunması Tel-Əvivin maraqlarına ziddir. Əbu əl-Duhur bazasının vurulması da Türkiyə qüvvələrinə preventiv xəbərdarlıqdır”.

T.İrfan vurğulayıb ki, zərbələr genişmiqyaslı İsrail-Suriya müharibəsinin başlanğıcı deyil, “nəzarətli eskalasiya” xarakteri daşıyır:

“Yeni Dəməşq rəhbərliyi müharibədə maraqlı deyil və diplomatik yollarla sabitliyə nail olmağa çalışır. Hətta ABŞ-nin vasitəçiliyi, İordaniyanın ev sahibliyi ilə tərəflər arasında de-eskalasiya danışıqları aparılır. Baş verənlər İsrailin öz 'qırmızı xətlərini' qəbul etdirmək və Türkiyənin regional nüfuzunu məhdudlaşdırmaq cəhdidir. Lakin İsrail gələcəkdə analoji addımları Livan üçün də ata bilər”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri