Icma.az
close
up
RU
“Növbəti pandemiya artıq aramızdadır” Quammendən xəbərdarlıq

“Növbəti pandemiya artıq aramızdadır” Quammendən xəbərdarlıq

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbərdarlıq edib. Quammenin fikrincə, hal-hazırda bəzi ölkələrdə, xüsusilə İngiltərədə yayılmış və insanlarla təmasda olan H5N1 quş qripi virusu yeni pandemiyanın əsas səbəbi ola bilər.


Sfera.az "NTV"yə istinadən xəbər verir ki, İngiltərənin Mirror qəzetinə danışan Quammen bildirib ki, quş qripi hazırda insanlar üçün ən böyük təhlükələrdən biridir və virusun insanlar arasında asanlıqla yayıla biləcək formada mutasiyaya uğraması halında fəlakətli nəticələrə yol aça bilər:

“Əgər bu gün bir elm adamı kimi növbəti böyük pandemiyanın nə olacağını təxmin etməli olsaydım, mən deyərdim ki, quş qripi (H5N1) bu ehtimala ən yaxın namizəddir”.


Bu açıqlama, İngiltərənin Yorkshire bölgəsində bir qoyunda H5N1 virusunun aşkarlanmasından qısa müddət sonra gəlib. Virus hal-hazırda ABŞ-də də yayılmağa davam edir. Rəsmi məlumatlara görə, H5N1 virusu 1000-dən çox südverən inəyə və 168 milyondan artıq ev quşuna təsir göstərib. Ölkədə 70 nəfərin virusa yoluxduğu, bir nəfərin isə həyatını itirdiyi bildirilir.


Virusun müxtəlif heyvanlarda pişik, ayı, hətta delfin kimi növlərdə də aşkar edildiyi qeyd olunub. İndiyədək insandan insana yoluxma halları qeydə alınmasa da, mütəxəssislər virusun mutasiya keçirməsi halında insanlar arasında yayılma ehtimalının real olduğunu bildirirlər.


Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) quş qripinin insanlara hazırda aşağı risk yaratdığını açıqlasa da, Quammen kimi ekspertlər gələcəkdə riskin artmasından narahatdırlar.


COVİD-19 pandemiyasının başlanğıcını dəqiq təxmin edən Quammenin bu dəfəki xəbərdarlığı bir çox ölkələrdə sağlamlıq qurumlarının diqqətini cəlb edib.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri