Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Növbəti və son mərhələ RAKURS

Növbəti və son mərhələ RAKURS

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Tehranla Moskvanın regionla bağlı yeni planları üzə çıxdı

Ermənistanla müharibəni bitirmək üzrəyik. 37 illik münaqişə, onun böyük qarşıdurmaya, daha sonra amansız müharibəyə çevrilməsinə son qoymaqdayıq. Aydındır, ən çətin mərhələdəyik, işimizə mane olmaq istəyənlər üzdə loyal görünməyə çalışsalar da, hər an baş qaldıra bilərlər. Hərəsinin də öz marağı, öz “layihəsi” var. Sanki Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaz onlara dədələrindən miras qalıb. İstədikləri düzəni qurmaqda sərbəst kimi görünürlər və kimsə ilə hesablaşmaq niyyətində olmadıqlarını hər addımda büruzə verirlər. Günün yox, 30 ilin sualıdır, İranın Cənubi Qafqaza nə aidiyyəti var, daha doğrusu, daha dəqiqi Tehrana kim ixtiyar verib ki, iki ölkə arasında baş verən münaqişəyə qarışsın, hansı şərtlərlə sülh yaradılmasını korreksiya etsin və nəhayət Ermənistan ərazisindən keçən və Naxçıvana sərbəst keçidi təmin edəcək Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan etsin? Həm də daha çox maraqlısı bu dəhlizin Araz çayının cənubundan keçməsindən İran narazı olmamasıdır, əksinə bu marşrutu təqdir, özünün qələbəsi kimi təqdim edir.Uzun illər Araz çayının şimalından keçən, Sovet hakimiyyəti illərində Bakı ilə Naxçıvanı və İrəvanı, Tehranla Moskvanı birləşdirən dəmir yollarının mövcudluğundan İranın xəbəri olmamış deyil. Düzdür, həmin illərdə İranın Arazın şimalına boylanması, gözünün ucu ilə baxması yasaq idi. Bunu heç ağıllarına da gətirmirdilər. Bəs 1990-cı illərdə “hansı dağda çaqqal uladı” ki, Tehran Ermənistanla sərhədini “qırmızıladı”, oranı özünün maraq dairəsinə qatdı. Görünür, Tehran rejimi türk dünyasını özünün düşməni elan etmiş Ermənistan kimi bir “əqidə yoldaşı”, məsləkdaş, dərddaş tapmışdı. İranın qırmızıya boyanan marağında İrəvanın da az rolu olmamışdı.
İşğal dövründə transsərhəd çayı hesab olunan Araz çayı üzərində iri su bəndinin tikintisinə nə ad vermək olar? İran bilirdi ki, bu tikinti üçün çayın şimalındakı ölkədən icazə alınmalıdır. Amma bunu etmədi, əksinə separatçılarla iş birliyinə imza atmaqla bütün beynəlxalq sənədlərə tüpürdü. Azərbaycanın etirazlarına baxmayaraq su bəndini inşa etdi, nəticədə Azərbaycanın xeyli əraziləri, hətta bir kəndimiz su altında qaldı. Bəli, Tehran Azərbaycana qarşı bəd niyyətli olduğunu göstərdi və sübut etdi ki, bizə qarşı açıq düşmənçilik edir və bundan sonra da belə olacaq.Bu gün Ermənistanda və Azərbaycanda nəhayət sülhün imzalanacağı günü səbirsizliklə gözləyirlər. İnsanlar müharibədən, itkilərdən, gözləntilərdən yorulub. Bir daha müharibənin doğurduğu qara xəbərləri almaq istəmirlər. Onsuz da ətrafında bir dostu qalmayan İran rejimini idarə edən hakim dairələr, dini liderlər isə qana susamış kimi görünürlər. Ermənistanla Azərbaycanın sülh içində yaşaması onlar üçün qəbullanası ən pis xəbərdir.

İranın davranışları və “eks”lərin reaksiyası

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Ermənistan-Azərbaycan bəyannaməsi barədə verdiyi açıqlamada qeyd edib ki, hakimiyyət, təbii ki, bunu ən böyük uğurlarından biri hesab edərək sevinir. Parlament müxalifəti isə təbii ki, sazişdə nəinki müsbət bir şey görmür, əksinə, onun icrasının dağıdıcı nəticələrini proqnozlaşdırır. Mən isə, hələlik cavab verməkdən çəkinirəm, çünki əminəm ki, ona yalnız razılıq əldə olunandan sonra cavab veriləcək.“Dost İran rəsmilərinin müxtəlif (bəlkə də bir-birini tamamlayan) qiymətləndirmələri və xüsusən də Rusiyanın demək olar ki, tamamilə susması məni hələ də bir qədər çaşdırır. İran diplomatiyası o qədər incədir ki, onu dərhal tanımaq bəzən çətin olur. Lakin öz təcrübəmə əsaslanaraq, sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa edəndən bəri İran Ermənistana qarşı nəinki narazılıq və ya irad bildirməyib, hətta bizim bütün müraciətlərimizə müsbət cavab verib. Bir sözlə, mən Ermənistanla İran arasında 30 ildən artıq davam edən münasibətlərdə hər hansı anlaşılmazlıq görməmişəm”, - Levon Ter-Petrosyan qeyd edib.“Vaşinqton sənədlərində Ermənistanın hesabına Azərbaycanın maraqları birmənalı şəkildə nəzərə alınır. Rusiya Ermənistan və Azərbaycan arasında atəşkəsdə öz rolunu unutmur və başqalarına da unutdurmayacaq”. Bunu isə Hayk Babuxanyan deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin danışıqları ilə bağlı şərhinə şərh verən siyasətçi rusiyalı diplomatla həmrəy olduğunu deyib. Qeyd edib ki, Moskva regionda kommunikasiyalara nəzarətdən məhrum edilərək “atılacağı” faktına dözmək fikrində deyil: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı və mərkəzi rolu ilə 2020-ci il noyabrın 9-da ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb”.Ermənistan parlamentinin deputatı Hayk Babuxanyan şərhində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatlarını belə təhlil edib: “Təsadüfi deyil ki, Zaxarova 2020-ci il noyabrın 9-da ən yüksək səviyyədə üçtərəfli bəyanatı da xatırladıb: axı, Rusiyanın nəzarəti altında olan regional kommunikasiyaların bloklanmasının “reseptləri” artıq orada yazılıb və açıq-aydın Rusiya bu məsələnin təkrarı ilə kifayətlənmir. Onun sözlərinə görə, Moskva “Vaşinqtonun regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını daha da təhlil edəcək”. Yəni Moskva hesab edir ki, həm Əliyev, həm də Nikol bu gün imzaladıqları “müvafiq” “Rusiyanın iştirakı ilə üçtərəfli sazişləri” yerinə yetirməyə və müvafiq olaraq kommunikasiyalara nəzarəti Rusiyaya verməyə borcludurlar. Rusiya nəhəng resurslar xərclədikdən və sülhməramlı qüvvələrin “Artsax”a köçürülməsi zamanı itkilərə məruz qaldıqdan sonra, “atılanda” müşahidəçi mövqeyi tutacağını gözləmək olmaz. Təsadüfi deyil ki, Zaxarova Ermənistanın İranla sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunduğunu xatırladıb. Zaxarova vurğulayıb ki, Cənubi Qafqazın problemlərinin həlli üçün ən yaxşı variant "yaxın qonşuları - Rusiya, İran, Türkiyənin dəstəyi ilə region ölkələrinin özləri tərəfindən hazırlanmış həll yollarını axtarmaq və gələcəkdə həyata keçirməkdir".

HAŞİYƏ: Bəs Rusiya indiyə qədər bu “sülhpərvər davranışlar”a niyə imzasını qoymurdu? Azərbaycanın Ermənistandan əsas istəklərindən biri, Naxçıvana maneəsiz keçid idi. Əgər Rusiya üçtərəfli bəyanata istinad edən üçüncü tərəf idisə, niyə bunu indiyə qədər təmin etmədi? Rusiyanın istəyi iki ölkə arasında sülhün yaranmasıdırsa və yolların açılmasıdırsa, onda bunun kimin təşəbbüsü ilə baş tutmasının Kreml üçün bir fərqi varmı? Görünür, var. Daha doğrusu, sülhün yaranması Moskvanın və Tehranın regional siyasətinə ziddir, onlar imperia xislətli olduqlarından qazanc ümidlərini yalnız qarmaşaya, qarşıdurmalara, müharibələrə, ölüm-itim və digər qeyri-bəşəri hadisələrə bağlayıblar.Diqqət edin, Rusiya hesan edir ki, guya "regiondan kənar oyunçuların cəlb edilməsi sülh gündəmini gücləndirməyə çalışmalı və əlavə çətinliklər və ayırıcı xətlər yaratmamalıdır”. Aydındır ki, Rusiya təxminən 5 il əvvəl eyni aktorlar tərəfindən imzalanmış üçtərəfli bəyanatı xatırlatmaqla məsələni heç də doğru istiqamətə aparmır. Sənədin kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndində yazılanlarla “Amerika versiyasında” yazılanlar arasında fərqin olduğunu ermənilərin diqqətinə gətirən Moskvanın əsas məqsədinin də daha çox tərəfləri yeni qarşıdurmaya gətirmək olmasıdır. “Ermənistanın Aİİ-nin vahid gömrük məkanına üzvlüyü faktorunu, xüsusən respublika ərazisindən tranzit yükdaşımalarının təşkili ilə bağlı amilin nəzərə alınması vacibdir", - Zaxarova bildirib ki, bu da "Tramp yolu"nu həyata keçirmək üçün Ermənistanın iqtisadi fəlakətlə dolu olan Aİİ-ni tərk etməli olması deməkdir.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatındakı “Ən mühüm şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınması əsasında hərtərəfli normallaşmasıdır” fikri ilə ilə razılaşmamaq olmaz. Amma, “xalqların maraqları” deyəndə Zaxarova hansı xalqdan danışır, erməni, azərbaycanlı, yoxsa rus və fars? Vaşinqton sənədlərində Ermənistan və Azərbaycanın maraqlarının nəzərə alındığı açıq-aydın görünür.

Vaçinqton danışıqları və Rusiya hərbi bazası

Vaçinqton danışıqları zamanı əldə edilən irəliləyişlər, xüsusən də Zəngəzur dəhlizi ətrafında baş verənlər İran və Rusiyanın hələlik siyasi dairələrini hərəkətə gətirib. Həm şimal, həm də cənub qonşumuz düşünür ki, sərhəd yaxınlığında Amerika bazasının açılması perspektivi Gümrüdəki Rusiya bazasının itirilməsinə səbəb ola bilər. Rusiya siyasi dairələrində hesab edirlər ki, “Erməni Qorbaçov” (Moskvanın Nikol Paşinyana verdiyi siyasi ad – red.) düşünmədən ölkənin taleyini düşmənlərinə təslim etməyi üstün tutdu.Rəsmi olaraq İrəvan və Bakı 35 illik münaqişədən sonra bütün hərbi əməliyyatları həmişəlik dayandırmağı, ticarətə çıxışı açmağı və bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmət etməyi öhdəsinə götürür. Rusiyada isə hesab edirlər ki, bu “uzunmüddətli” razılaşma bir çoxları arasında şübhələr yaradır, çünki Ermənistan-Azərbaycan müqaviləsində, xüsusən də məşhur Zəngəzur dəhlizi ərazisində Amerika bazasının açılması proqnozu və bunun ardınca Gümrüdəki Rusiya bazasının mümkün itkisi ilə bağlı Rusiya və İranın Cənubi Qafqazdakı maraqlarına böyük ölçüdə məhəl qoyulmadığı aşkardır.Bu gün Moskva ilə yanaşı, Tehran da Amerikanın Qafqazdakı mövcudluğuna qarşı çıxır. Amma hələlik görünən odur ki, Rusiya Ukraynada hadisələrin inkişafını gözləyərək vəziyyəti məcbur etmək niyyətində deyil. Qərbin Rusiyaya münasibətdə digər təsir sferalarında mövqelərini gücləndirmək üçün münaqişənin uzadılmasında maraqlı olması da bundan irəli gəlir.

Moskva və Tehrandan oxşar baxış

ABŞ öz növbəsində Ermənistanın Zəngəzur bölgəsinin cənubunda Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən, yüngül zirehli texnika ilə silahlanmış özəl hərbi şirkətlərdən ən azı min nəfərin yerləşdirilə biləcəyi 40 kilometr yol olan dəhlizə 99 il ərzində tam nəzarəti ələ keçirib. Bakı Zəngəzur dəhlizi ilə Ermənistan ərazisindən bütün malların sərbəst daşınmasına çalışır. Vaşinqton Azərbaycanı Amerika silahları ilə doldurmaq niyyətində olmaqla, Bakı ilə hərbi əməkdaşlığa dair əvvəlki bütün məhdudiyyətləri aradan qaldırır.
Bu dəhliz həm də Türkiyəyə Xəzər dənizinə və buna görə də Türk Dövlətləri Təşkilatına (OTG) üzv olan Qazaxıstan və Türkmənistan kimi digər Mərkəzi Asiya ölkələrinə birbaşa çıxış imkanı verir. Bu həm də Ankaraya Azərbaycanda öz hərbi bazasını yaratmaq üçün logistik imkanlar açır. Beləliklə, NATO da faydalanır, çünki bir NATO ölkəsindəki hərbi baza praktiki olaraq anti-Rusiya cəbhəsində Alyansın bazasıdır.Moskvada hesab edirlər ki, uduzanlar arasında ilk növbədə Ermənistan var. Zəngəzur dəhlizinin Ermənistan ərazisinin bir hissəsini öz yurisdiksiyasından çıxarması ilə yanaşı, “neytral və dost İran”ın sərhədyanı rayonları ilə əlaqəni təmin edən məhz bu yoldur. İrəvanın neytral qonşularından yalnız Gürcüstan qalıb, bütün digər ölkələr təhlükəsiz şəkildə düşmən əraziləri kimi təsnif edilə bilər. Müstəsna şərtlərlə Azərbaycan mallarının öz ərazisindən tranzitinə icazə verməklə Ermənistan, məsələn, İran və ya Rusiyaya daşınması müqabilində heç bir üstünlük əldə etmir, Amerika hərbi şirkətlərinin nəzarəti altında İranla öz quru nəqliyyat marşrutlarını verərkən, İrəvanın KTMT-yə üzvlüyünü “dayandırması” bir yana, Ermənistanın taleyini praktiki olaraq Türkiyə və Azərbaycanın ixtiyarına verir.Rusiyaya gəlincə, müxtəlif ekspertlərin fikrincə, bu hadisələr nəticəsində onun mövqeyi güclü görünmür. Rusiyanın regionda təsirinin azalması, eləcə də 102-ci Rusiya hərbi bazasının Gümrüdən orta müddətli çıxarılmasını inkar etmək çətindir. Ermənistanda iqtidaryönlü medianın başlatdığı görünməmiş rusofob kampaniyası son məqsədə heç bir şübhə yeri qoymur: Rusiyanın Ermənistandan tamamilə çıxarılması. Bununla belə, Nikol Paşinyanın Vaşinqtonun başa düşdüyü kimi, 2026-cı il parlament seçkilərinə qədər bütün “Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə iddiaları” aradan qaldırmaq və beləliklə, Azərbaycanla tam hüquqlu sülh müqaviləsi bağlamaq üçün Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirməyə vaxtının olub-olmayacağı hələ aydın deyil. Bu hələlik sual altındadır.

V.VƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri