Novella Cəfəroğlu: “Dövlət strukturlarından tutmuş sadə insanlara qədər hər kəs mənə zəng edib, sevindiricidir...”
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunun bu gün 83 yaşı tamam olur.
N.Cəfəroğlu Pravda.az-a açıqlamasında deyib ki, üç gündür, ona gələn mesajların, zənglərin ardı-arası kəsilmir:
“Əlifba sırası ilə hamı - dövlət strukturlarından tutmuş sadə insanlara qədər hər kəs mənə zəng edib. Sevindiricidir. Məni sevən insanların hamısına dərin təşəkkürümü bildirirəm. Elə gözəl sözlər yazıblar... Təkcə Azərbaycandan yox, Tiflisdən, Amerikadan, İsveçdən, Fransadan - hər yerdən dostlarım zəng edirlər, mesaj yazırlar. Çox qürurluyam ki, bu yaşıma çatmışam, məni sevən çoxdur. Sizi sevirəm. Kimi sevirəm, hamı məni yada salıb. Bundan sonra özümə ancaq cansağlığı arzulayıram”.
Aytəkin Qardaşova

