Icma.az
close
up
RU
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır

Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda 30 ilə yaxındır fəaliyyət göstərən Danimarkanın aparıcı səhiyyə şirkəti “Novo Nordisk” yenilənmiş brend kimliyini və şirkətin fəaliyyət prinsiplərini ifadə edən “The Novo Way” yanaşmasını təqdim edib. Bu yanaşmanın məqsədi daha çox insanın sağlamlığını yaxşılaşdırmaq və elmi yenilikləri gündəlik həyata tətbiq etməkdir.

Yeni brendin əsas mesajı “Sağlam gələcək bu gündən başlayır” (“Lasting Health Starts Now”) ifadəsidir. Bu yanaşma insanların sağlamlığında hər gün görə və hiss edə bildiyi irəliləyişə və uzunmüddətli nəticələrə diqqət çəkir.

Şirkət gündəlik fəaliyyətində “Novo” adından istifadə edəcək. Hüquqi adı isə “Novo Nordisk” olaraq qalacaq. Yenilənmiş vizual kimlik şirkətin tarixini əks etdirən Apis öküzü loqosunu saxlayır və brendə daha müasir görünüş verir.

“Novo”nun prezidenti və baş icraçı direktoru Mike Doustdar bildirib ki, piylənmə və diabet kimi sahələrdəki irəliləyişlərə baxmayaraq, qarşılanmamış müalicə ehtiyacları hələ də böyükdür. İnsanların səhiyyədən gözləntiləri də dəyişir. Səhiyyə onların ehtiyaclarına daha çevik cavab verməli və gündəlik həyatına daha asan uyğunlaşmalıdır. Şirkətin insanların həyatını yaxşılaşdırmaq məqsədi isə dəyişmir. 

“The Novo Way” şirkətin fəaliyyətini dörd prinsip üzərində qurur:

- Müştəriyönümlülük. Bütün atılan addımların mərkəzində birbaşa pasiyentin ehtiyac və maraqlarını saxlamaq.

- Yüksək perfomans və rəqabət üstünlüyü. Bütün tərəfdaşlarımız üçün daha yüksək dəyər qatmaq məqsədi ilə performansımızı daim inkişaf etdirmək

- Sadə iş prinsipləri. Aydın prioritetlər, optimallaşdırılmış proseslər vasitəsilə qərarların qəbulu və məhsulların bazara təqdim olunmasını sürətləndirmək.

- Qayğı və dürüstlük. Pasiyent təhlükəsizliyi və etik prinsiplər mövzularında güzəştə getməmək.

Bu prinsiplər şirkətin elmi təcrübəsinə, insanlara qayğısına və pasiyent təhlükəsizliyinə sadiqliyinə əsaslanır. Yenilənmə Novo-nun daha çevik işləməsinə və səhiyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsinə xidmət edir.

“Novo” haqqında

“Novo” 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir. Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir. Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri