Novruz bayramına hazırlıq bədbəxt hadisə ilə NƏTİCƏLƏNDİ: Evləri yanıb kül oldu
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində, Rəşid Səfərova məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 220 kvadratmetr (hər mərtəbəsi 110 kvadratmetr) olan ikimərtəbəli 10 otaqlı evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb.
İlkin məlumata görə, yanğın Novruz bayramı ilə əlaqədar olaraq şirniyyatın bişirildiyi elektrik sobasında başlayıb. Sobanın uzun müddət qoşulu qalması yanğına səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Yel çərşənbəsi: Novruz bayramına hazırlıq başladı
11 Mart 2025 00:33
Tanınmış aktyorların evləri kül oldu, çəkilişlər dayandı
09 Yanvar 2025 13:48
Hollivud yanır: məşhurların evləri kül oldu, xaos yarandı Video
09 Yanvar 2025 09:17
ABŞdə yanğınlar davam edir Məşhur aktyorlarının evləri KÜL OLDU
09 Yanvar 2025 11:16
Şəmkirdə dava ölümlə nəticələndi
09 Noyabr 2024 01:28
