Icma.az
close
up
RU
Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2024-cü ilin noyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb. Onların 10-u Azərbaycan, 8-i Əlcəzair, 3-ü İran, 3-ü Mərakeş, 2-i Banqladeş və 1-i Pakistan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 934 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 337 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 440 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6 min 18 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, “Makarov PM” silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri