Icma.az
close
up
RU
Noyabrın 6 sı Müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günüdür

Noyabrın 6 sı Müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günüdür

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Hər il noyabrın 6-da BMT səviyyəsində Müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü qeyd edilir. Bu çərçivədə keçirilən tədbirlər müharibə və münaqişələrin ətraf mühitə vurduğu ziyan barədə beynəlxalq ictimaiyyəti xəbərdar etmək məqsədi daşıyır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, müharibələr və silahlı münaqişələr zamanı ətraf mühitdən sui-istifadə edilməsi ilə bağlı məlumat əldə etmək üçün Kofi Annanın Baş katib olduğu dövrdə Böyük Britaniya Millətlər Təşkilatının Baş Assambleyası 2001-ci ildə Böyük Britaniyanın təşəbbüsü ilə müvafiq qətnamə qəbul edib. Təşkilatın daha bir sabiq rəhbəri Pan Gi Mun yazırdı: “Təbii ehtiyatların qeyri-davamlı istismarı silahlı münaqişənin alovlanması və maliyyələşdirilməsinə, sülhün kövrək əsaslarının sarsılmasına yol açır. Buna imkan verməmək üçün dialoq və vasitəçilikdən tutmuş qabaqlayıcı diplomatiyaya qədər əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik”.

Bəzi hallarda bu iş üstünlük əldə etmək üçün məqsədli şəkildə edilir. Neft, qızıl, almaz və taxta kimi təbii ehtiyatları məhdudlaşdıran münaqişələr də var. BMT Ətraf Mühit Proqramının (UNEP) araşdırmasına görə, son 60 ildə daxili silahlı münaqişələrin 40 faizi təbi ehtiyatlar uğrunda mübarizə zəminində baş verir.

Müharibələr ölkəmizdə də ətraf mühitə, təbii sərvətlərimizə çox ciddi ziyan vurub. Belə ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb. Düşmənin silahlı qüvvələrinin otuz ilə yaxın işğal altında saxladığı ərazilərin 261 min hektar meşə sahəsi, təbiət abidələri və pasportlaşmış 145 Şərq Çinarı, eyni zamanda, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib.

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən genişmiqyaslı çirklənməyə məruz qalıb. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində həmin çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamə bunun bariz misalıdır.

İşğal dövründə Azərbaycanın ərazilərində 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilib, ətraf mühitə ciddi zərər vurulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri