Nurgül Yeşilçay: Yenidən gənc olmaq istəməzdim
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nurgül Yeşilçay illər əvvəl yaşadığı dövrə qayıtmaqla bağlı suala verdiyi cavabla gündəmə gəlib.
Milli.Az xəbər verir ki, aktrisa qatıldığı proqramların birində həyatının gənclik mərhələsindən danışıb. O, həmin illəri yenidən yaşamaq arzusunda olmadığını açıq şəkildə ifadə edib.
Yeşilçayın sözlərinə görə, gənclik insanın həm özünü, həm də həyatı tanımağa çalışdığı mürəkkəb bir mərhələdir. Aktrisa həmin dövrdə övladının dünyaya gəldiyini və əsas diqqətini onun qayğısına yönəltdiyini söyləyib.
Nurgül Yeşilçay bildirib ki, onun fikrincə, insan üçün daha rahat və zövqlü həyat mərhələsi 45 yaşdan sonra başlayır:
"Yenidən gənc olmaq istəməzdim. Gənclik çox çətin dövrdür. Nə edəcəyini, nə deyəcəyini bilmirsən, həyatı yaşamağı öyrənməyə çalışırsan. O yaşlarda övladım dünyaya gəldi, onun qayğısı ilə məşğul olurdum. Məncə, insanın ən rahat və gözəl dövrü 45 yaşdan sonrakı illərdir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















