“Nürnberq”də göstərdiyim oyunu da nəzərə alsaq, mənim üçün önəmli il oldu” Mahir Emreli
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İki mövsümdü Almaniyanın 2-ci bundesliqasında, ötən yaydan “Kayzerslautern”də çıxış edən Mahir Emreli mövsümün əsas hissəsini zədə səbəbindən buraxdı. Heyətə düşməkdə də problem yaşayan Mahirin zədəsi bərpa olunmaq üzrədi, artıq bir neçə gündü fiziki və fərdi məşqlərə başlayıb.
2026-ya ümidli baxan Emreli “CBC Sport”a müsahibə verib. O, ötən ili dəyərləndirib , klubu ilə münasibətləri haqda danışıb.
“Football-plus.az” müsahibənin qısa variantını təqdim edir:
“2025-ci il enişli-yoxuşlu oldu. Son ayları yoxuşlu hesab edirəm. Yeni klubuma uyğunlaşmaq, məndən aslı olmayan səbəblər və zəda bəzi məqamların qarşısını aldı. İlə ümumi baxsaq, pis olmadı. “Nürnberq”də göstərdiyim oyunu da nəzərə alsaq, mənim üçün önəmli il oldu. Böyük futbol adamları ilə işlədim. İli uğursuz adlandıra bilmərəm. Yaxşı il oldu. Hazırkı klubla münasibətlərim çox yaxşıdı. Klubu dəyişmək barədə hələ ki, düşüncə yoxdu. Belə danışıqlar olmayıb. Zədə aldığıma görə hər kəs ən azı mən qədər pis oldu. Bərpa prosesim yaxşı keçir. Az da olsa, ağrılarım var. Fərdi məşqlərə başlamışam. Həkimlərin nəzarəti altındayam. Nə vaxt komanda ilə başlayacağım bəlli deyil. Amma ən pis halda 1, ya da 2 oyun buraxacam. Ümid edirəm ki, bundan artıq olmaz. Tez qayıtsam, hamımızı sevindirəcəm. 2026-cı ildən gözləntim? Hər hücumçunun gözləntisi çoxlu oyuna çıxmaqdı. Önəmli olan ili sağlam, zədəsiz keçirmək, futboldan həzz almaqdı. Ümid edirəm ki, 2026 ən yaddaqalan illərimdən biri olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















