Icma.az
close
up
RU
“Nüvə baharı” başlayır? Politoloqdan ciddi xəbərdarlıq

“Nüvə baharı” başlayır? Politoloqdan ciddi xəbərdarlıq

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinlə mümkün müharibə ssenarilərinə uyğun olaraq qısa mənzilli taktiki nüvə silahlarının istifadəsinə üstünlük verən yeni nüvə strategiyası üzərində işləyir. Məlumata görə, Elbric Kolbinin rəhbərliyi ilə hazırlanan bu plan ABŞ prezidentinə təqdim ediləcək nüvə müdaxiləsi variantlarının yenilənməsini və ənənəvi müharibənin tam nüvə qarşıdurmasına çevrilməsinin qarşısını almağı hədəfləyir. Eyni zamanda, Pentaqon Çin, Rusiya və İranla əlaqəli qurumlara qarşı təhlükəsizlik məhdudiyyətlərini genişləndirərək qara siyahıdakı xarici təşkilatların sayını 130-a çatdırıb.ABŞ-ın taktiki nüvə silahlarına daha çox önəm verməsi qlobal təhlükəsizliyi gücləndirən çəkindirmə siyasətidirmi, yoxsa nüvə silahından istifadənin “məhdud və mümkün” olduğu barədə təhlükəli bir presedent yarada bilər?

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin əvvəlində Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya taktiki nüvə silahı verməyə hazırlaşdığını açıqlayıb. Rusiya müvafiq qurumlar qarşısında məsələ qaldırsa da, tərəflər bu iddianı inkar edərək Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqaviləyə (NPT) sadiq olduqlarını bəyan ediblər.

“Nüvə silahının müharibələrin taleyinin həll olunmasında yekun faktor kimi çıxış etdiyini İkinci Dünya müharibəsindən hər kəs bilir. Lakin Yaponiyaya nüvə silahı atan ABŞ bundan dərhal sonra “soyuq müharibə” dövrünə qədəm qoydu və nüvə silahı yalnız çəkindirmə vasitəsinə çevrildi. Hazırda isə dünyada proseslər yenidən “nüvə baharı”na doğru istiqamət alır”, – deyə o bildirib.

Politoloq xatırladıb ki, 2024-cü ildə Rusiya öz nüvə doktrinasına dəyişiklik edib və ölkə ərazisinə birbaşa xarici təhdid olacağı təqdirdə taktiki nüvə silahından istifadə edə biləcəyini bəyan edib. Bu dəyişiklik Qərbdə Ukraynaya uzaqmənzilli raketlərin verilib-verilməməsi məsələsi müzakirə edilən vaxt həyata keçirilib. Rusiyanın dərinliklərini vurmağa imkan verən uzaqmənzilli raketlərin Ukraynaya verilməsinin qarşısını almaq məqsədilə Rusiya belə bir dəyişiklik etmişdi. Lakin ötən ilin sonunda Ukrayna həmin raketləri aldı və Rusiyanın dərinliklərində yerləşən strateji məntəqələr bu ilin əvvəlindən etibarən ciddi şəkildə vurulmaqdadır:

“Rusiya indiyədək müvafiq doktrinanı tətbiq etməyib, lakin edə bilər. Xüsusilə NATO ölkələrinə qarşı təhdidlərin artdığı, müharibənin genişlənmə riskinin olduğu bir dövrdə ABŞ çəkindirmə məqsədilə öz hərbi strategiyasına yeni başlıq əlavə etməyə qərar verib – taktiki nüvə silahından istifadə. Maraqlıdır ki, Pentaqonun hazırladığı yeni qanun qısa mənzilli raketlərlə taktiki nüvə silahının çatdırılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, İkinci Dünya müharibəsində olduğu kimi, ABŞ özü deyil, regional müttəfiqlərinin əli ilə bu silahdan istifadəyə yol verə bilər”.

Şəhla Cəlilzadə bildirib ki, istənilən halda bu, dünya üçün katastrofik ssenaridir. Bütün şəhəri deyil, müəyyən infrastrukturu yerlə-yeksan etməyə imkan verən taktiki nüvə silahının tətbiqi Rusiya və Çinə qarşı regional müharibələr kontekstində nəzərdə tutulsa da, təbii ki, müharibənin qlobal miqyas almasına səbəb ola bilər.

“Aydındır ki, Rusiya-Ukrayna müharibəsində məğlubiyyət ehtimalını nə Rusiya, nə də Qərb qəbul etmək istəmir. Tərəflərdən yalnız birində taktiki nüvə silahı olduğu və ondan istifadə edildiyi halda, bu, müharibənin sonlandırılmasını sürətləndirə bilər. Qarşı tərəfin də nüvə çəkindirici gücünün olması isə bu ssenarinin qarşısını almağa xidmət edəcək. Lakin mahiyyət etibarilə dövlətlərarası nüvə silahı yarışını gücləndirəcək bu dəyişiklik qlobal miqyasda təhlükəsizlik risklərini də artıracaq”, – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri