Icma.az
close
up
RU
Nüvə müharibəsinin anonsu verildi Rusiyadan ABŞ a sərt ultimatum

Nüvə müharibəsinin anonsu verildi Rusiyadan ABŞ a sərt ultimatum

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Budapeşt görüşü təxirə salındıqdan sonra vəziyyət daha da gərginləşib. Rusiya prezidenti Vladimir Putin yenidən dünyanı nüvə silahı ilə hədələdi. Strategiyasında dəyişiklik edən Kreml bu dəfə “Burevestnik” adlı yeni silahını təqdim edib.  Qərb Putinin təqdim etdiyi bu raketin qarşısında dayana biləcəkmi? 

Tramp–Si Cinpin görüşü ərəfəsində Putinin yeni raketi elan etməsi hansı mesajı ehtiva edir?

Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Budapeşt görüşünün təxirə salınmasından sonra ABŞ prezidenti Donald Tramp Çin rəhbəri Si Cinpinlə görüşməyə hazırlaşır. Bu müddətdə Rusiya ABŞ-ın Ukraynaya yeni dəstəyindən narahat olaraq yenidən nüvə ritorikasına əl atıb:

 "Putin öz köməkçisi vasitəsilə ABŞ tərəfinə mesaj göndərib, guya Rusiyanın yeni silahı – “Burevestnik” raketi var. Bu, onu göstərir ki, Rusiya həqiqətən də böyük təlaş içindədir. Kreml müharibəni dayandırmağa hazır deyil, əksinə, blef və şantaj taktikasını davam etdirir. Bilirsiniz ki, bundan əvvəl də “Oreşnik”, “Kinzhal”,  kimi silahlarla dünyanı hədələyirdilər. İndi də “Burevestnik” adı ilə eyni ritorikanı təkrarlayırlar. Budapeşt görüşü ləğv olunduqdan sonra Putin nüvə başlıqlı raketlərin təlimini keçirib, hərbi geyimdə çıxış edib və bu, onun Qərbə mesaj göndərmək cəhdidir. Qərb artıq Rusiyanın nəyə qadir olduğunu çox yaxşı bilir. Tramp da Putinin bu addımından narahatlığını ifadə edib. Rusiya müharibəni dayandırmaq deyil, əksinə, eskalasiyanı dərinləşdirmək istiqamətində addımlar atır. Ukraynanı bir həftəyə ram edəcəyini düşünən Rusiya artıq dördüncü ilə yaxınlaşır ki, ciddi hərbi, iqtisadi və siyasi problemlərlə üzləşir”.

Hərbi ekspert vurğulayıb ki, Rusiya artıq Qərbin sanksiyalarının ağır nəticələrini hiss etməyə başlayıb:

“Rusiya iqtisadiyyatının “ürəyi” sayılan iki əsas şirkət – “Rosneft” və “Lukoil”  yeni sanksiyaların hədəfinə çevrilib. Bu, Rusiyanın büdcəsini formalaşdıran əsas arteriyalardır və onların fəaliyyətinə məhdudiyyətlər Moskvanı ciddi şəkildə narahat edir. Rusiya özünü güclü göstərməyə çalışsa da, vəziyyət real olaraq çox gərgindir. Rusiya zahirdə şux görünməyə çalışır, amma fakt odur ki, Hindistan artıq Rusiya neftindən imtina edib. Tramp–Si Cinpin görüşündən sonra çox güman, Çin də müəyyən addımlar atmağa məcbur qalacaq. Baxmayaraq ki, Çin hələlik dolayı yolla, gizli formada Rusiyaya dəstək göstərir. Dünya artıq Rusiyanın təhdid və şantaj ritorikasını yaxşı tanıyır. Yeni beynəlxalq sistem artıq çox gözəl anlayır ki, Rusiya hansı avantüralara və hansı şantajlara əl atır. Moskva hələ də Ukraynanın Donbas bölgəsini tələb edir. Bu, təkcə Ukrayna üçün deyil, həm də ABŞ və ümumilikdə beynəlxalq ictimaiyyət üçün utandırıcı haldır. Çünki BMT üzvü olan bir ölkə – Rusiya, başqa bir suveren dövlətin ərazisini açıq şəkildə işğal edir və bu işğala hüquqi don geyindirməyə çalışır”.

Ekspertin fikrincə, Putinin yeni nüvə təhdidləri də əvvəlkilər kimi nəticəsiz qalacaq:

“Rusiya bundan sonra da dünyanı nüvə silahı ilə təhdid etməyə çalışacaq. Amma artıq beynəlxalq ictimaiyyət Rusiyanı “yerində oturtmağın” yollarını çox yaxşı bilir. “Burevestnik” raketi də sadəcə növbəti blef, növbəti təhdid mərhələsidir və dünya bu cür ritorikadan qorxmur”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri