Nüvə proqramımızla bağlı narahatlıqları müzakirə etməyə hazırıq İran XİN rəhbəri
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Tehran uranı zənginləşdirməyə və raket proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir, lakin nüvə məsələsində ABŞ ilə kompromis əldə etmək ehtimalına açıqdır.
"Ölkə.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz uranı zənginləşdirməyi dayandıra bilmərik. Vaşinqtonla birbaşa danışıqlar aparmaq istəmirik. Dolayı danışıqlar yolu ilə razılaşma isə əldə edilə bilər", XİN rəhbəri qeyd edib.
"Nüvə proqramımızla bağlı narahatlıqları müzakirə etməyə hazırıq. Onun dinc xarakterini təkrar qeyd edirik. Ədalətli razılaşma mümkündür, lakin Vaşinqton qeyri-real və qəbuledilməz ilkin şərtlər irəli sürür. Raket proqramımızla bağlı isə heç bir danışıqlar olmayacaq", - nazir vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın hücumlarından sonra nüvə materialları bombardman edilmiş ərazilərin altında qalıb və İran onları çıxarmayıb. Nazir binaların və avadanlıqların zədələndiyini etiraf edib, lakin onu da bildirib ki, İran texnologiyaya çıxışını itirməyib.
Əraqçi əlavə edib ki, İsrail ABŞ-ın razılığı olmadan İrana qarşı yeni hücum etməyəcək.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 01 Noyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















