Nüvə proqramının bərpasına və irimiqyaslı ballistik raket proqramının bərpasına imkan verməyəcəyik
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
"İsrail hərbi məqsədlər üçün nüvə proqramını inkişaf etdirmək riskini görsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olacaq. Lakin hələlik bu perspektiv uzaq görünür".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Simona Qalperin deyib.
"İranın bu proqrama qayıtmağa cəhd etdiyini və bu proqrama yenidən başlayacağını görsək, bu imkanı nəzərdən keçirəcəyik. Biz İrandakı əməliyyatı Tehranın nüvə hərbi gücünə malik olmayacağı ilə başa vurduq. Biz nüvə proqramının bərpasına və irimiqyaslı ballistik raket proqramının bərpasına imkan verməyəcəyik. Çünki əməliyyatın məqsədi İranın İsrail üçün ekzistensial təhlükə yaratmaq qabiliyyətini aradan qaldırmaq idi. Və onun geri qayıtmasına imkan verməyəcəyik”


