Nüvə sualtı qayıqlarını Rusiya sərhədinə göndərdi Tramp qəzəbləndi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə yerləşdirilməsi barədə əmr verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial şəbəkə hesabında yazıb.
Tram bunu Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedevin aqressiv ifadələrinə cavab olaraq etdiyini açıqlayıb.
“Medvedevin təxribat xarakterli bəyanatlarına əsaslanaraq, mən iki nüvə sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etmişəm. Bu axmaq və qızışdırıcı bəyanatlar gözlənilməz nəticələrə səbəb ola bilər”, deyə Tramp “Truth Social” platformasında paylaşımında bildirib.
Qeyd edək ki, Dmitri Medvedyev X hesabında Donald Trampa çağırış edərək bütün ültimatumların müharibəyə doğru addım olduğunu yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 02 Avqust 2025 03:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















