Nüvə təhdidinin ardından Zelenski: Ukraynanın ATACMS raketləri var və onlardan istifadə edəcək
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın arsenalında Amerikanın ATACMS uzaqmənzilli ballistik raketləri var və onlardan Rusiyanın hərbi potensialını zəiflətmək üçün istifadə edəcək.
Sitat.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında deyib.
“Bağışlayın, Ukraynanın öz istehsalı olan uzun mənzilli pilotsuz uçan aparatları var və indi bizdə ATACMS var".
Zelenskinin sözlərinə görə, Ukrayna çalışır ki, ölkəsini uzaqmənzilli silahlarla gücləndirmək qərarına bütün dövlətlər dəstək versin.
“Hesab edirəm ki, nüvə silahı ilə bağlı bəyanatlardan (Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması barədə Putinin qərarı - RED) sonra Almaniyanın müvafiq qərarlarının (Ukraynanın Taurus raketləri ilə təmin olunması ilə bağlı- RED) dəstəkləməsinin vaxtı çatıb”.
Zelenski qeyd edib ki, Rusiya ərazisində Qərbin uzaqmənzilli silahlarının istifadəsinə icazə verilməsi ilə bağlı qərarlara, harada yerləşməsindən asılı olmayaraq, Rusiya Federasiyasının hərbi potensialını azaltma potensialını da əlavə etmək vacibdir.
Nərgiz,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Noyabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















