Nvidia nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
"Nvidia"nın keçmiş baş icraçı direktoru Censen Huanqın şirkətin daha bir əməkdaşı ilə nikahdankənar münasibətdə olduğu iddia edilir. Bu, Huanqla münasibətdə olduğu bildirilən üçüncü qadındır.
Bu barədə "Reuters" agentliyi məsələdən məlumatlı iki mənbəyə istinadən xəbər yayıb. Agentlik qadının adını açıqlamayıb və onunla əlaqə saxlaya bilmədiyini bildirib.
63 yaşlı Censen Huanq Lori Mills Huanqla 40 ildən çoxdur ki, evlidir. Cütlük iki övlad böyüdüb.
Məsələ ilk dəfə oktyabrın sonunda gündəmə gəlib. Həmin vaxt Huanqın onunla eyni soyadı daşıyan çinəsilli iş qadını Elis Huanqla münasibətdə olduğu iddia edilmişdi. Elis Huanq "Nvidia" çiplərinin alıcısı olan Sinqapurun "Megaspeed" şirkətində rəhbər vəzifədə çalışıb.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 13 Noyabr 2026 06:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















