Nyu Yorkda Azərbaycan İsveçrə əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub FOTOLAR
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər görüşdə Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək siyasi dialoqun gücləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
"Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apararaq davamlı dialoq və tərəfdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər", - XİN-in paylaşımında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Sentyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















