Nyu Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilir
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbir keçirilir.
"Report"un məlumatına görə, açılış öncəsi tədbir iştirakçılarının qrup fotosu çəkilib.
Daha sonra açılış nitqi ilə mərkəzin həmsədri Vayra Vika Frayberqa çıxış edib. Dünyanın bir çox ölkələrindən indiki və keçmiş dövlət başçıları, siyasət adamları konfransda çıxış edəcəklər.
Tədbir çərçivəsində "Çoxtərəfliliyin bu günü: çağırışlar və imkanlar", "Fərqin aradan qaldırılması: Çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə", "İqlim dəyişiklikləri və qlobal mübarizə", "Geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri" mövzusunda panel müzakirələri baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 24 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















