Icma.az
close
up
RU
Nyu Yorkda Tramp Pezeşkian qarşıdurması

Nyu Yorkda Tramp Pezeşkian qarşıdurması

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ABŞ və İsrailin hərbi təzyiqləri fonunda çıxış edərək ölkəsinin təslim olmayacağını bəyan etdi. O, Trampın təhdidlərinə cavab olaraq İran xalqının “baş əyməyəcəyini”, təzyiq və sanksiyaların müqaviməti daha da artıracağını bildirdi.

Pezeşkian eyni zamanda “güc dilini” qəbul etmədiklərini, lakin təhdid olmadan dialoq və danışıqlara hazır olduqlarını açıqladı. İran liderinin çıxışındakı ən diqqətçəkən məqamlardan biri isə ölkəsinin nüvə proqramı ilə bağlı mövqeyi oldu. Pezeşkian İranın nüvə silahı istəmədiyini, lakin dinc nüvə texnologiyasından istifadə hüququndan imtina etməyəcəyini söylədi. O, İsrailin nüvə imkanlarına və İranın beynəlxalq yoxlamalara məruz qalmasına istinad edərək regionda ikili standartların mövcud olduğunu iddia etdi. “Biz özümüzü müdafiə etmək üçün heç kimdən icazə istəməyəcəyik” mesajını da verən Pezeşkian İranın hərbi təzyiqlə məcbur edilə bilməyəcəyini vurğuladı.

Nyu-Yorkdakı qarşıdurma yalnız iki liderin sərt ritorikası ilə məhdudlaşmır. Tramp bir gün əvvəl İran qarşısında ya razılaşma, ya da daha ağır hərbi nəticələr seçimi qoyduğunu bəyan etmişdi.
Ardınca isə ABŞ və İran nümayəndələri arasında aylar sonra ilk birbaşa təmaslardan biri baş verdi və tərəflər arasında fikir ayrılıqlarının qalmasına baxmayaraq diplomatik kanalın açıq olduğu bildirildi.

Pezeşkianın sərt çıxışı Tehran-Vaşinqton qarşıdurmasının yeni eskalasiya mərhələsinə keçəcəyindən xəbər verir, yoxsa bu, danışıqlarda İranın mövqeyini gücləndirmək üçün diplomatik gedişdir?

Siyasi şərhçi Azər Hüseynov baş verənləri Musavat.com-a belə şərh edib: “Son hadisələr bir daha onu deməyə əsas verir ki, hərbi güc ritorikası bir sıra hallarda problemlərin həllinə deyil, əksinə, problemlərin daha da dərinləşməsinə gətirib çıxara bilər. Ukrayna-Rusiya münaqişəsinin timsalında biz bunu aydın şəkildə görürük. 2022-ci ildən başlayan müharibə indiyədək tərəflər üçün ciddi itkilərlə müşayiət olunub və hələ də yekun siyasi nəticəyə gətirib çıxarmayıb. Bir tərəf ciddi iqtisadi sanksiyalara məruz qalıb, digər tərəf isə ərazilərinin bir hissəsini itirib. Eyni zamanda, müharibə milyonlarla insanın öz ölkəsini tərk etməsinə səbəb olub. Yəni hərbi qarşıdurmanın nəticəsi hər iki tərəf üçün ciddi iqtisadi, sosial və humanitar problemlərlə müşayiət olunur”.

Siyasi şərhçi eyni vəziyyətin Yaxın Şərqdə gedən proseslərdə də müşahidə olduğunu qeyd edib: “ABŞ ilə İran arasında Yaxın Şərqdə davam edən qarşıdurmanın əvvəlcə aktiv hərbi, daha sonra isə nisbətən passiv hərbi mərhələyə keçməsi hər iki tərəfi müəyyən mənada yorub və ciddi sıxıntılarla üz-üzə qoyub. İranın sənaye və hərbi obyektlərinə hava hücumları həyata keçirilib, İran ərazisi bombalanıb. Bunun müqabilində İran da ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirib. Azərbaycan mətbuatında yayılan məlumatlara görə, ABŞ tərəfi də hərbi itkilərlə üzləşib. Belə bir fonda İran Prezidenti Məsud Pezeşkianın çıxışı, təbii ki, müəyyən ideoloji və siyasi çalarlar daşıyır. O, ölkəsinin məğlub olmayacağını və müqavimət göstərəcəyini ifadə edir, eyni zamanda dünyadakı ikili standartları qabardır. Xüsusilə də Yaxın Şərqdə İranın əsas rəqiblərindən biri olan İsrailə ABŞ tərəfindən silah verilməsi məsələsini ön plana çıxarır. Bütün bunlar sərt ritorika kimi səslənsə də, prosesin yekununda problemin danışıqlar yolu ilə həll olunması zərurəti ortadadır. Əks halda, qarşıdurmanın daha da genişlənməsi regionun logistikasını, daşımaları, enerji marşrutlarını və ümumilikdə ölkələrin iqtisadi vəziyyətini ciddi şəkildə pisləşdirə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri