Icma.az
close
up
RU
Nyukasl bizi nokauta saldı...

Nyukasl bizi nokauta saldı...

Icma.az, Azpost portalına istinadən məlumat verir.

“Əfsuslar olsun ki, belə məğlubiyyət oldu. İstəməzdik. Böyük futboldur, istənilən oyunda belə nəticələr ola bilər”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qubrnaov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Nyukasl”la keçirilən görüşdən sonra mətbuat konafransında deyb.

O, 1:6 hesablı ağır məğlubiyyəti belə şərh edib: “Çempionlar Liqası başqa səviyyədir. Bəzən belə məğlubiyyətlər qaçılmaz olur. İlk dəqiqələrdən futbolçular böyük zərbə aldı. İlk qol, ikinci qol, penalti… Boks dilində desək, nokauta düşdük. Futbolçular özlərini ələ ala bilmədilər. Rəqibin gücü də burda önəmlidir. “Nyukasl” sürətli futbol oynayan komandalardandır. Fiziki, texniki, taktiki hazırlıqları yüksək səviyyədədir. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, sona kimi dəstək oldular. Bu, birliyimizi göstərir. Amma bu gün burda, bundan əvvəl Liverpulda böyük futbolun nə olduğunu gördük. Ruhdan düşmürük. İrəli pozitiv baxmalıyıq. Hər bir halda, futbolçular böyük yol gəldi, əziyyət çəkdilər. Azından fevrala kimi Çempionlar Liqasını hiss etdik. İnanıram ki, futbol Azərbaycanda bu il daha da populyarlaşdı. Dünya futbolumuzu daha yaxından tanıdı. İstəməzdik belə uduzaq, lakin bu məğlubiyyətlə barışmalıyıq”.

Q.Qurbanov oyundan sonra futbolçuları ilə söhbətindən də danışıb: “Futbolçuları sakitləşdirdik, dedik soyuqqanlı olsunlar. Oyundan qopmalı deyildik. Belə məğlubiyyətlərdən sonra futbolçuları sakit olmağa çağırıram. Rəqibin gücünü bilirdik. Çalışırıq ki, onlara qarşı sona qədər mübarizə aparaq. Bəzən bu cür rəqiblər daha aqressiv, aktiv olurlar. Futbolçuların qərar verməsində gecikmələr olurdu”.

Baş məşqçi çempionatda “Sabah”la vacib oyun ərəfəsində “Nyukasl”la cavab matçında rotasiyalar etməyi dünüşmədiyini bildirib: “Hələ İngiltərə cavab oyunu var. Onlar səhvləri bağışlamır, çox qol vurmaq istəyirlər. Ciddi rotasiyalar haqda düşünmürük”.

Q.Qurbanov oyunda zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin əzələsi dartıldığını və durumuna sabah aydınlıq gələcəyini deyib.

Q.Qurbanov bu cür rəqiblərlə oyunların azarkeşlərdən tutmuş bütün futbol ictimaiyyətinə qədər hamıya təcrübə qazandırdığını qeyd edib: “Fikirlərim özümüzü siğortalamaq üçün deyil. Qəbul etməliyik ki, oyundan-oyuna səviyyə daha qalxır, rəqiblər ciddiləşir. Daha məsuliyyətli komandalar olur. Böyük klublarla oyunlarda belə hesabları gözə almalıyıq. Futbolumuzun inkişafı üçün risklərə getməliyik. Özümüzü böyük məğlubiyyətlərə qurban verməyə hazır olmalıyıq. Bunu istəmiriksə, gərək 2-3 tur sonra məğlub olaq, deyək, böyük klublarla oynamırıq. Əvvəl bəlkə, 0:3-dən sonra azarkeşlərimiz stadionu tərk edirdi, amma bu gün fasiləyə qədər 0:5 geridə olsaq da, bizi dəstəkləməyə başladılar. Onlar da artıq səviyyəni qəbul edib. Hamımız üçün böyük təcrübə oldu”.

“Qarabağ”ın çalışdırıcısı  “Liverpul”la oyundan sonra demişdiniz ki, bir də bu rəqibə qarşı oynasaq, fərqli olar. Amma bu gün də “Nyukasl”la matçda güclü pressinq qarşısında nəsə edə bilmədiniz” fikrinə belə reaksiya verib: “Bu cür oyunlarda birdən-birə gedişatda nəsə dəyişiklik etməyə vaxtımız yox idi. Bu günə qədər etməmişdiksə, çətin olardı. Gərək 2-3 məşq bunun üzərində çalışaq. Vaxtımız yox idi. Həmişə çalışırıq ki, edə bildiklərimizi daha yaxşılaşdıraq. Bu gün rəqibin hər hücumu keyfiyyətli idi. İkinci hissədə fərqli oynadıq, amma qarşımızdakı komandaya görə oyunçularımızda həyəcan var idi”. /Qol.az/

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Fevral 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri