Nyukasl Qarabağ azarkeşləri üçün neçə bilet ayırıb?
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Nyukasl” - “Qarabağ” matçında Ağdam təmsilçisinin azarkeşləri üçün ayrılan bilet sayı məlum olub.
Bu barədə QOL.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhəbri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, İngiltərə təmsilçisi "Qarabağ" fanatları üçün 2466 yer ayırıb.
"St James' Park"da keçiriləcək “Nyukasl” – “Qarabağ” matçının biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq. Azarkeşlər biletlərini iTicket.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, "Nyukasl"la "Qarabağ" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Baxış sayı:141
Bu xəbər 09 Fevral 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















